Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

Xəbər verdiyimiz kimi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun mətbuatda gedən müsahibəsi birmənalı qarşılanmayıb.

Yazıçı, millət vəkili Aqil Abbas E.Məmmədyarovun Qarabağla bağlı fikirlərinə görə təəssüfləndiyini bildirib. Millət vəkili deyib ki, E.Məmmədyarovun bu açıqlamalarından sonra adam elə qənaətə gəlir ki, o, sanki ölkədə baş verən proseslərdən xəbərsizdir:

Elmar Məmmədyarov müsahibəsində Qarabağ problemindən danışarkən yenidən “Madrid prinsipləri”ni ortaya atır. Bu adamın deyəsən nə dünyadan, nə də siyasətdən xəbəri var və hələ üstəlik möhtərəm prezidentin heç bir çıxışına da qulaq asmayıb. Belə məlum olur ki, Elmar bəy fil qulağında yatıb. Bizim üçün artıq status-kvo söhbəti qurtarıb, ordumuz Qarabağı işağaldan azad edib sərhəddə dayanacaq, bunları möhtərəm prezident çıxışlarında deyib. Hadrut işğaldan azad olunub və Xocavənd də azad olunmaq üzrədir. (Elmar Məmmədyarov Xocavəndi tanımır, amma Martuni sözün başa düşər). E.Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla yenidən ermənilərin “dəyirmanına su tökür”. E.Məmmədyarova demək istəyirəm ki, getsin işiylə məşğul olsun. Nə yaxşı ki, möhtərəm prezident E.Məmmədyarovu vaxtında işdən çıxarıb yerinə ləyaqətli bir adam gətirib. İndi xarici işlər nazirimiz Ceyhun Bayramov bədən diliylə, qalib ölkənin naziri kimi danışır”.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar