Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-ın Əfqanıstanda olması təhlükəsizlik üçün yaxşıdır” - Putin

ABŞ hərbçilərinin Əfqanıstanda davamlı olması ümumi təhlükəsizlik üçün faydalıdır”.

PİA.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında “Moskva.Kreml.Putin” proqramında bildirib.

“İlkin olaraq Əfqanıstanda Amerika qoşunlarının olmasını dəstəkləyirdik, bir vaxtlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə səs verdik. Hələ də amerikalıların Əfqanıstanda olmasının xarici maraqlarımıza zidd olmadığına inanıram.

Əksinə, ABŞ-ın hərbi kontingentlərini geri çəkməyə hazırlaşdıqları deyilən zaman , - bəli, rəsmi mövqeyimiz ondan ibarət idi ki, bu bir növ əfqan barışığı üçün əlavə şərtlər yarada bilər ,- ancaq şəxsən mən düşünürəm ki, bir çox risklər də yaranır. Birincisi, sabitliyi qorumaq üçün əlavə pul ayırmaq məcburiyyətində qalacağıq. İkincisi, hər şeyə baxmayaraq amerikalıların Əfqanıstanda olması ölkədəki sabitliyə kömək edir və onların getməsi risklər yaradır”, - deyə Putin qeyd edib.

Eyni zamanda, o, iki ölkənin xüsusi xidmət orqanlarının bu istiqamətdə işlərinin davam etdirilməsinə də diqqət çəkib: “Amerikalıların Əfqanıstandakı işləri bizim tərəfimizdən antiterror işi kimi qəbul edilir”. (Qafqazinfo)

pia.az


Etiket: Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar