Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın yenidən seçilməsi Türkiyəyə uğur vəd edir:Baydenin prezidentliyi isə Rusiya, Çin və Türkiyə ilə toqquşma deməkdir

Ərgün Dilər
“Takvim”, Türkiyə, 24 okrtyabr 2020-ci il

Dünyanın harasında olursunuzsa olun, ABŞ-la Çinin mübarizəsini görəcəksiniz. Yeni sistem də bu mübarizənin nəticəsində ortaya çıxacaq.

Bu iki qütb arasında yaşananlar yazmaqla qurtarana oxşamır. Enerji qaynaqlarına nəzarət edilməsi, orduların suverenlik sahələrini müəyyən etməsi, 5G texnologiyası, ticarət yollarının nəzarət altında saxlanılması və rəqəmsal pul əsas savaş sahələridir.

Bir də həm ABŞ-la, həm də Çinlə hərəkət edən, hərəkət etmək istəyən ölkələrin yaratdıqları görünən və görünməyən ittifaqlar məsələsi vardır. Savaş, demək olar ki, bu çərçivədə gerçəkləşir. Bu savaşın ilk cəbhəsi isə Trampla Bayden arasından keçir.

ABŞ-la Çin arasında gedən mübarizənin pikə çıxdığı görünən nöqtə Çinin telekommunikasiya divi olan “Huawei”-in sahibinin qızı, şirkətin maliyyə işlərinə rəhbərlik edən Men Vançjounun Kanadada saxlanması idi. Qəribədir. Əsas olaraq da “Huawei”-in İrana tətbiq edilən sanksiyalar rejimini pozması göstərilirdi.

İranla bağlı Türkiyə də buna bənzər bir hadisəni 17-25 dekabrda (2013-cü ildəki rüşvət qalmaqalı nəzərdə tutulur– tərc.) yaşamışdı.

Çin bu həmləyə “Boeing 737 Max”-lar üzərindən cavab verdi. Pekinlə birgə hərəkət edən ölkələr bu təyyarələrə qadağa qoydu. “Boeing” şirkətinə 500 milyon dollar zərər dəydi. Sonra işlər daha da qarışdı və gərginlik artdı.

Zirvədə çıxan fırtına, demək olar ki, hər bir ölkənin daxili siyasətinə təsir etdi. Əhməd Davudoğlu “Gələcək”, Əli Babacan da “Deva” partiyasını qurdu. Və onlar AKP-MHP ittifaqı qarşısındakı blokla birgə hərəkət edər oldular. Dünyanın damındakı şəxslər üçün Türkiyənin hərəkət marşurutu önəmli idi. Mən də buna baxır və daxili siyasəti Türkiyənin mövqeyi baxımından dəyərləndirirdim.

Bir neçə il öncə Prezident Ərdoğanın Pekində qırmızı xalı ilə qarşılanması Çinin “İpək yolu”na görə Türkiyəyə verdiyi dəyəri göstərirdi. Daxili siyasətdə rüzgar bu iki böyük gücün çəkişməsi nəticəsində yaranırdı. Prezident Ərdoğan, ABŞ-dan uzaqlığını hər ötən gün artırırdı. 17-25 dekabr hadisəsilə başlayan rüzgar ən şiddətli nöqtəsinə çatırdı.

Dünən Prezident Ərdoğan cümə namazından çıxarkən jurnalistlərin S-400-lə bağlı sualına belə cavab verdi: “Bu testlərin keçirilməsi, gələcəkdə də keçiriləcəyi doğrudur. Amerikanın yanaşmasının bizə qətiyyən dəxli yoxdur. Biz əlimizdəki bu cür imkanları test etməyib də nə edəcəyik? Hər halda durub bunu Amerikadan soruşan deyilik. Dolayısilə, biz yalnız S-400-ləri deyil,  bundan başqa bir çox yüngül, orta və ağır silahı da, – bunların içində Amerikadan aldığımız bir çox silah da var, – test edirik. Bundan sonra da eyni qaydada etməyə davam edəcəyik. Bu arada, təbii, Yunanıstanın əlində S-300-lər var. Test etmək nədir, istifadə edirlər. Belə bir şeyi Amerika onlardan soruşurmu və ya onlara deyirmi? Yox. Yəni, burada xüsusilə Rusiyaya aid bir silahın olması demək ki, bu bəy əfəndiləri narahat edir. Biz qərarlıyıq, yolumuza da eyni şəkildə davam edirik…”

Yaxın tarixə baxarsaq, görərik ki, ABŞ-a qarşı belə bir çıxış daha öncə olmayıb. Heç olmayıb. Bu, iki ölkə arasında iplərin qopduğunu və işlərin geridönməz bir yerə gəldiyini göstərməkdədir. Türkiyə, cəsarətlə və qərarlılıqla öz yolu ilə getməkdədir. Türkiyə S-400-ləri aldı və öncəki günlərdə Sinopda testlərini də keçirdi. Verilən suala cavabında da Ərdoğan ABŞ-a yuxarıdakı cavabı verdi.

Yaxşı, bəs, Ərdoğanın sözlərinə necə cavab verildi? Prezident Ərdoğanın çıxışından qısa bir müddət sonra ABŞ-ın Ankaradakı səfirliyi “Təhlükəsizlik xəbərdarlığı” yaydı. Türkiyədə terror hücumu ola biləcəyini bildirdi. ABŞ səfirliyi xəbərdarlıqda təxminən belə deyirdi: “İstanbulda ABŞ və ya digər xarici ölkə vətəndaşlarına qarşı terror hücumları gözləyirik. Qaçırma təşəbbüsləri də ola bilər. Etibarlı informasiyalar aldıq. ABŞ və ya digər xarici ölkə konsulluqları hədəf ola bilər. Viza verilməsi ilə bağlı işlər müvəqqəti olaraq dayandırılır…”

Bu “terror xəbərdarlığı”, əslində, Türkiyəyə verilən cavab idi. Savaşın, mübarizənin hər bir tezlikdə davam etməsinin göstəricisi idi. Fərz edirəm ki, anlaşılmayan da bu idi.

Üç gün öncə də önəmli bir açıqlama gəldi. Danışan adi bir adam deyildi. ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Türkiyənin Rusiyadan satın aldığı S-400-lərlə bağlı “Biz onları ittifaqımıza bağlı qalmağa razı sala bilmədiyimizə görə məyusuq” ifadələrini işlətdi. Və sözlərinə belə davam etdi: “Türkiyənin S-400-ləri NATO torpaqlarında test etməsi hamımız üçün son dərəcə sıxıntılı bir durumdur. Türkiyə S-400-lərə sahib olmaq üçün çox şeyi fəda etdi. Hadisələrin belə inkişafı heç yaxşı deyil. Biz bütün NATO ittifaqımızla birlikdə Türkiyəni rəqib olaraq qəbul etdiyimiz Rusiyadan HHM sistemi almaqdan vaz keçirmək üçün əlimizdən gələn hər şeyi etdik. Rusiyadan HHM sistemi almaq və bunu NATO ittifaqının içinə soxmaq… Bu, bir qırmızı cizgidir. Buna şübhə yoxdur.”

ABŞ-ın NATO-dakı səfiri Hatçison, Ankaranın qarşı-qarşıya qala biləcəyi nəticələrin ola biləcəyini də örtülü şəkildə ifadə etdi.

Burada diqqət edilməli olan ən önəmli yer ”rəqib olaraq qəbul etdiyimiz Rusiya” ifadəsidir. Ötən günlərdə yazdığım kimi, Vaşinqton Rusiyanın Çinlə və Türkiyə ilə birlikdə hərəkət etməsini istəmir.

Yəqin ki, xatırlayanlar olacaq: 2 il öncə nəşr edilən bir “Der Spiegel”-in üz qabığı vardı. Bu mövzuda bir neçə dəfə yazdım. Pentaqona yaxın olan bu nəşr üz qabığında “Tramp-Cinpinq-Ərdoğan-Putin balansını pozun!” çağırışı edirdi. Yəni, yeni dünya nizamında bu 4 lideri istəməyən bir güc var idi. O gün də, daha öncəsindəki “Ərəb baharı”nda da Rusiyaya qarşı bir əməliyyat var idi. Rusiya Qafqazdan da çıxarılacaqdı. Planları belə idi. Hətta NATO-nun Polşada öz varlığını artırması belə, Rusiyaya gözdağı vermək üçün idi. Məqsəd bir şəkildə Çini nəzarət altında saxlamaq idi. Çünki Rusiya, Türkiyə və İranla yan-yana gələn Çin durdurula bilməzdi. Tramp seçilərkən Rusiya seçkilərə necə qarışdırıldısa, indi də Rusiya ilə birlikdə İranla Çin də hesaba daxil edilməkdədir.

Neftdən qaza, 5G-dən Aralıq dənizinə, “Huawei”-dən Qafqaza qədər olan hər sahədə gedən mübarizənin altında yatan gerçəklik ABŞ-ın Çini durdurma cəhdidir, əməliyyatdır… Çini durdurmaq üçün də Rusiyanın meydanda zəiflədilməsi və Putinin hakimiyyətdən salınması qarşıya qoyulan hədəflər içindədir.

Onsuz da Türkiyənin üstünə maliyyə əməliyyatları ilə gəlməkdədirlər. Bəlli ki, indi də terrorla qapıya dayanacaqlar.

ABŞ-da gözlənilən seçkilərə də bu prizmadan baxmaqda fayda vardır. “Der Spiegel”-in həmin üz qabığını nəzərə alarsaq, Tramp seçildiyi təqdirdə, Türkiyə daha çox hüzurlu və təhlükəsiz bir formada yoluna davam edəcəkdir. Əgər Bayden gələrsə, jurnalın üz qabığındakı dördlükdən biri olan Tramp getmiş olacaq. Bu halda, qalan 3 lider daha çox şiddətlə ABŞ-la mübarizəyə girişəcək. Mübarizə böyüdükcə böyüyəcək. Məsələ budur. Baş verən hadisə budur.

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar