Bazar, 06 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Deputat: “Ermənistanda qiymət artımları uzun müddət davam edəcək”

Ermənistan iqtisadiyyatı ölkədə müharibə şəraitinin hökm sürməsi ilə əlaqədar tənəzzül dövrü yaşayır. Belə ki, bu erməni KİV-lərində ölkədə bahalaşma müşahidə olunması ilə xəbərlər yayılır. Ermənistan vətəndaşları da öz sosial şəbəkələrdəki profillərində qiymətlərin kəskin artması ilə bağlı şikayətlər edir və öz narazılıqlarını bildirirlər.

Milli Məclisin deputatı Vüqar Bayramlı “Report”a verdiyi açıqlamada bildirib ki, Ermənistan iqtisadiyyatı savaşın ilk günlərindən reaksiya verməyə başlayıb:

“Müharibənin ilk günlərində Ermənistanda milli valyuta dəyərsizləşdi, dram aparıcı valyutalara nisbətən dəyər itirməyə başladı. Savaşın davam etdiyi müddətdə istehlak bazarında qiymətlərin artması və buna uyğun olaraq inflyasiya səviyyəsinin yüksəlməsi qeydə alındı. Bu həftə ərzində Ermənistan parlamenti dövlət büdcəsinə baxaraq ölkənin xarici borc limitinin artırılması ilə bağlı qərar qəbul etdi. Bununla Ermənistan daha çox emissiya və ya xarici borclanmaya gedərək praktiki olaraq ölkədə müşahidə edilən sosial və iqtisadi problemləri müəyyən qədər səngitməyə çalışır. Amma bazar və ölkə iqtisadiyyatı buna reaksiya verir və istehlak bazarındakı qiymət artımları onu göstərir ki, bu ölkənin iqtisadiyyatında ciddi problemlər var”.

Deputatın sözlərinə görə Ermənistandakı bahalaşma hələ uzun müddət davam edəcək:

Ermənistandakı bir sıra supermarket və şirkətlər orduya yardım edilməsi ilə bağlı açıqlamalar versə də, reallıqda onlar öz məhsullarının qiymətini artıraraq etdikləri yardımı Ermənistan vətəndaşları hesabına kompensasiya edirlər. Bu da istehlak bazarında qiymət artımı və inflyasiya səviyyəsinin yüksəlməsinə gətirir. Növbəti dövrlərdə də Ermənistanda qiymət artımlarının davam edəcəyi gözlənilir.

Düşmən ölkə üçün bu savaş dövrü iqtisadi baxımdan kifayət qədər ağır dövr kimi qiymətləndirilir. Aparıcı qiymətləndirmə şikrətləri, o cümlədən “Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın kredit reytinqini azaldıb. Deməli, növbəti dövrlərdə bu dövlətin iqtisadiyyatında daha böyük tənəzzül müşahidə edəcəyik. Bu da Ermənistanda istehlak bazarında qiymət artımı, inflyasiya səviyyəsinin yüksəlməsi və yoxsulluq həddinin daha da dərinləşməsinə gətirəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xankəndinin birinci katibinin ikibaşlı oyunu - oğluna "nazir" vəzifəsi, özünə isə istefa

Xocalı və Xankəndi ilə bağlı yeni xəbər - Video

"Paşinyan Əliyevə cavab verə bilmir, çünki..." - Erməni general

Hadrut meşələrində gizlənən erməni əsgərləri çarəsiz durumda - Kömək istəyiblər...

Xudavəngə gələn ermənilər kimdən icazə almalıdır? – Açıqlama

“Pulunuz yoxdursa, Zəngəzuru verin” - Rusiyalı politoloqdan Ermənistana təklif

Azərbaycanlı milyarderlərin Qarabağla bağlı susqunluğu…

Abramyan hiddətləndi:"Azərbaycan hərbçiləri Xankəndində alış-veriş edir.."

Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi

“Siyaqut” şadlıq evinin sökülməsinə qərar verildi - Sahibi Naxçıvan MR DİN-nin müavinidir

Liqaçovla Qorbaçov Qarabağda nəyi “bölə bilməyiblər...”

loading...

Ən çox oxunanalar