Çərşənbə, 02 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Şeyxülislam BMT Baş Katibinin müavininə Ermənistanın törətdiyi vəhşilik barədə məlumat verib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə BMT Baş Katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos arasında video konfrans formatında görüş keçirilib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, BMT rəsmisi Azərbaycan dövlətinin mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın inkişafında, ümumbəşəri dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edib. Migel Anhel Moratinos ötən il Azərbaycana səfərini, Dünya Dini Liderlərinin II Bakı Sammitində iştirakını və QMİ sədri ilə çoxsaylı görüşlərini məmnunluqla xatırladığını bildirib.

Şeyxülislama regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bir daha diqqətə çatdıran BMT Baş Katibinin müavini QMİ sədrinin sülh və sabitliyin əldə edilməsi istiqamətdəki səylərini yüksək qiymətləndirib.

Şeyxülislam Allahşükür Paşazadə Moratinosa son günlər Azərbaycan dövlətinin öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar, Ermənistanın vasitəçi dövlətlərin səyi ilə əldə edilən humanitar atəşkəsi dəfələrlə kobud surətdə pozması, dinc əhaliyə qarşı vəhşilik törətməsi və bunun nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 65 nəfərin həlak olması barədə ətraflı məlumat verib, dünya ictimaiyyətini bu cinayətə qarşı biganə qalmamağa çağırıb.

Video konfrans formatında keçirilən görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirə aparıblar.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

KTMT-nin sammitində Paşinyan Azərbaycanın adını çəkərkən mikrofonu söndü - Video

General mayor Ramiz Zeynalov vəzifədən azad olundu

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

“Tezliklə biz, ermənilər Rusiya pasportları alacağıq” – “Nyu York Tayms”-ın Qarabağdan reportajı

“Xankəndidə Azərbaycan manatı işləyəcək” – Açıqlama

"Qarabağ məsələsində bitərəf ola bilmədiniz" - Cavuşoğlu ilə Pompeo arasında mübahisə yaşanıb

Qarabağda erməni vandalizmi əsgərimizi dəhşətə gətirdi: Yeraltı tunellər, güllələnmiş fərarilər... - Foto

“Əgər biz mallarımızı Azərbaycana sata bilsək bunun nəyi pisdir?...”

Azərbaycan əsgərindən erməniyə: “Səndən mənə qardaş olmaz, sən ermənisən” - Şərhsiz video

Ter-Petrosyanın müşaviri: “Ermənilər qalibiyyətə yox, məğlubiyyətə öyrəşiblər"

“Bu proses Xocalı, Xankəndi və Xocavəndi də əhatə edəcək” 

loading...

Ən çox oxunanalar