Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ciddi hərəkətə keçməlidir” - Hüquq müdafiəçisi

Hüquq müdafiəçisi: “Bu tədbirlər onların hansı məlumatı paylaşmasından asılıdır. Həmin şəxsləri inzibati həbsdən tutmuş, cinayət məsuliyyətinə qədər cəza gözləyə bilər”.

“Əgər yayılan xəbərlər təxribat xarakterlidirsə və insanlar arasında narahatçılıq yaradırsa, həmin xəbəri yayan şəxsə qarşı ciddi tədbirlər görülməlidir”.

Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov ordumuzla bağlı təxribat xarakterli məlumatların paylaşmasının qanuni səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən Baş Prokurorluq tərəfindən sosial şəbəkə istifadəçilərinə və KİV nümayəndələrinə sözügedən məsələ ilə bağlı xəbərdarlıq edilib. Xəbərdarlıqda bildirilir ki,Azərbaycan Ordusunun əməliyyatlarına dair foto və videoların çəkilməsi, informasiyaların yayılması və paylaşılması düşmənin informasiya əldə etməsinə şərait yaradır. Bu isə hərbçilərimizin həyatını təhlükəyə ata bilər. Diqqətə çatdırılıb ki, bu kimi hərəkətlər qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Bəs qanunvericiliklə bu şəxslərə hansı cəzalar düşür?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədova müraciət edib.

Sahib Məmmədov: “Bizim Müdafiə Nazirliyi, Baş ProkurorluqDaxili İşlər Nazirliyi yalnız xəbərdarlıqla kifayətlənirlər”.

Bir çox şəxslərin sistemli şəkildə bu işlə məşğul olduqlarını vurğulayan hüquq müdafiəçisi bildirib ki, bu da hərbi məlumatların ötürülməsi kimi qiymətləndirilməlidir. Bu şəxsləri seçib ayırmaq Dövlət Təhlükəsizliyi Xidmətinin öhdəsinə düşür:

“Bildiyimiz kimi ölkədə hərbi vəziyyət elan olunub. Buna görə də indi hərbi vəziyyət dövrünün qanunları tətbiq olunmalıdır.

Bu şəxslər barəsində də müxtəlif tədbirlər həyata keçirilir bilər. Bu tədbirlər onların hansı məlumatı paylaşmasından asılıdır. Həmin şəxsləri inzibati həbsdən tutmuş, cinayət məsuliyyətinə qədər cəza gözləyə bilər. Məsələ ondadır ki, bizim Müdafiə Nazirliyi, Baş ProkurorluqDaxili İşlər Nazirliyi yalnız xəbərdarlıqla kifayətlənirlər. Başa düşürəm ki, Müdafiə Nazirliyi bu işdə ancaq xəbərdarlıqla kifayətlənə bilər. Çünki onun səlahiyyətindən asılı deyil. Amma Baş ProkurorluqDaxili İşlər Nazirliyi ciddi hərəkətə keçməlidir. Bu şəxslər barədə ən azı inzibati həbs tədbirləri görülməlidir.

Onu da qeyd edim ki, elə insanlar var onlar emosiyalarının təsiri altında və yaxud da istənilən xəbərin doğru olub-olmamasından asılı olaraq paylaşırlar. Belə insanları çağırıb çox ciddi xəbərdarlıq etmək olar. Çünki bu şəxslərdə hərbi məlumatları ötürmək məqsədi yoxdur. Həmin şəxslər sadəcə olaraq məsuliyyətsizlik edirlər. Buna görə də onlara televizor vasitəsilə deyil şəxsən xəbərdarlıq edilməlidir.

Sahib Məmmədov: “Ermənilər tərəfindən Azərbaycan dilində hazırlanan xəbərlər də paylaşılmağa başlayıb. Bunu da təxribat kimi də qiymətləndirmək olar”.

Amma elə şəxslər var ki, onlar sistemli şəkildə bu işlə məşğuldurlar. Bu da hərbi məlumatların ötürülməsi kimi qiymətləndirilməlidir. Bu şəxsləri seçib ayırmaq Dövlət Təhlükəsizliyi Xidmətinin öhdəsinə düşür.

Hesab edirəm ki, dövlətin təsirli tədbirlər görməyinin vaxtıdır. Çünki ermənilər tərəfindən Azərbaycan dilində hazırlanan xəbərlər də paylaşılmağa başlayıb. Bunu da təxribat kimi də qiymətləndirmək olar. Müharibə tarixinə baxanda görürük ki, hərbi sirləri paylaşanları birbaşa güllələyirlər. Amma indi cəmiyyətin elə vaxtıdır belə tədbiri mən alqışlamıram. Əgər yayılan xəbərlər təxribat xarakterlidirsə və insanlar arasında narahatçılıq yaradırsa, həmin xəbəri yayan şəxsə qarşı ciddi tədbirlər görülməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Hərbi sirr


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar