Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhidin bacısı: “O deyirdi ki, rus olsam da, öz borcumu yerinə yetirməliyəm”

İşğal olunan torpaqlarmızın azadlığı uğrunda döyüşlərdə şəhid olan hərbi qulluqçu Dmitri Solntsevlə vida mərasimi keçirilib.

Baku TV xəbər verir ki, şəhidin yaşadığı binanın qarşısında təşkil edilən mərasimdə dövlət qurumlarının rəsmiləri, Milli Məclisin üzvləri, ictimaiyyət nümayəndələri və sıravi vətəndaşlar iştirak ediblər.

Dmitri sentyabrda könüllü şəkildə döyüşlərə gedib. Yaxınlarının sözlərinə görə, cəbhəyə getmək onun arzusu idi.

Qeyd edək ki, Dövlət Neft və Sənaye Universitetində təhsil alan Dmitri magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan olub. Hətta koronavirusla mübarizəyə dəstək məqsədilə TƏBİB-də könüllü kimi çalışıb.

Şəhidin bacısı Yuliya Solntseva onunla bağlı xatirələrini bölüşüb:

“Dmitri deyirdi ki, rus olsam da, Azərbaycanda yaşayıram, bura mənim torpağımdır, öz borcumu yerinə yetirməliyəm”.

Hərbçinin cənazəsi Rus-Pravoslav kilsəsinə aparılıb. Kilsədə dini ayin keçirilib, dualar oxunub.

O, İkinci Fəxri xiyabanda dəfn edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar