Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin atdığı mərmilər Ağdamda körpələr evinə düşüb - Foto

Ermənistan yeni humanitar atəşkəsi pozmağa davam edir.

Ermənistan Silahlı Qüvvələri bu gün saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs razılaşmasını pozaraq, növbəti dəfə mülki obyektləri, məktəb və körpələr evini hədəfə alıb.

Ermənilərin atdığı mərmilər Ağdam rayonunun Baharlı köçkün qəsəbəsində körpələr evinə düşüb. Nəticədə körpələr evinin binası dağılaraq, yararsız hala düşüb.

Körpələr evinin müdiri İlhamə Bağırova bildirib ki, burada 35 azyaşlı tərbiyə alır, 15 nəfər tərbiyəçi müəllim və texniki işçi var:

“Cəbhə bölgəsində yaşadığımız üçün son günlər fəaliyyətimizi dayandırmışıq. Çünki ermənilərin yaşayış evlərini, təhsil ocaqlarını atəşə tutduğunu bilirik. Bu səbəbdən də bugünkü atəş nəticəsində xəsarət alan olmayıb”.

İ.Bağırova yaşadıqları evə də mərmi düşdüyünü deyib:

“Mənim evimə də mərmi düşüb. Özüm də şəhid bacısıyam. Bütün malımız, var-dövlətimiz bu dövlətə, bu orduya qurbandır”.

Qeyd edək ki, bu gün ermənilər Ağdam rayonunun Qaradağlı kənd tam orta məktəbini də artilleriya atəşinə tutub. Məktəbə ciddi ziyan dəyib.(apa)

 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar