Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Ermənistanın fərarilərinə müraciət etdi

Baş nazir Nikol Paşinyan bəyan edib ki, ön cəbhəyə getməyə və Ermənistan uğrunda ölməyə hazırdır, amma “baş nazir vəzifəsini kimsə yerinə yetirməlidir”.

Virtualaz.org bildirir ki, bunu işğalçı ölkənin rəhbəri Facebook səhifəsində canlı yayım zamanı deyib.

N.Paşinyan erməni kişilərini onun əmrlərinə tabe olmağa və hərbi xidmətdən yayınmamağa çağırıb.

“Qadınlarımız kişilərimizə bu vəziyyətdə tərəddüd etməyin bağışlanmadığını söyləməlidirlər. Qadınlar ərlərini və oğullarını saxlamamalıdırlar. Mən tələb edirəm ki, hər bir Ermənistan vətəndaşı mənim əmrimə tabe olsun. Mən əmr edirəm ki, hər bir kişi indi ayağa qalxsın və öz hərbi komissarlığına getsin. Bu, mənim əmrimdir. Qadınları həvəsləndirin. Qoy özləri dəstələr yaratsınlar. Bu, minillik müharibədir”, - deyə Paşinyan bildirib.

Nikol Paşinyan bütün fərariləri həm də ictimai qınağa məruz qoymağa çağırıb.

“Cəmiyyətimizdə döyüş meydanından qaçanların ciddi töhmət almaları üçün əhval-ruhiyyə olmalıdır. Bizdə ümummilli konsensus olmalıdır. Öz postunu tərk edən hər kəs bilməlidir ki, onlara ictimai töhmət veriləcək”, - deyə o vurğulayıb.

Paşinyanın sözlərinə görə, "həkim və vətəndaşın oğlan uşağına çağırışdan yayınmaq üçün koronavirus diaqnozu təyin edilməsi barədə razılığa gəlməsi yolverilməzdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar