Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Düşmən təxribata hazırlaşır” - Polkovnik

“Bu gün saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın bir sıra yaşayış məntəqələrini atəşə tutub. Təbii ki, Azərbaycan Ordusu da buna ən ağır şəkildə cavab verir”.

Bu sözləri hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib. O, Ermənistan tərəfinin onlara verilən növbəti şansdan da istifadə edə bilmədiyini qeyd edib:

“Əslində bu humanitar atəşkəs daha çox ermənilərə lazım idi ki, günlərdir qalan cəsədlərini götürsünlər. Amma onlar bu dəfə də bundan istifadə edə bilmədilər. Bu, onlara verilən son şans idi. Artıq Azərbaycan bundan sonra düşmənə daha sarsıdıcı əks-hucum əməliyyatları həyata keçirəcək və bizi buna görə heç bir ölkə qınaya bilməz”.

Hərbi ekspert Ermənistan tərəfinin yeni təxribatlara hazırlaşdığını bildirib:

“Sabah artıq aktiv döyüş əməliyyatlarının bir ayı tamam olur, buna görə də düşmən vəziyyətdən çıxmaq üçün başqa yollar axtarır, yeni təxribatlara cəhd edir. Səhər erməni mətbuatını izlədim, onlar yenə öz təxribatlarını Azərbaycanın üzərinə atmağa çalışır. Amma düşmən nə qədər çalışsa da buna nail ola bilməyəcək. Çünki Azərbaycan öz üzərinə düşənləri ən üst səviyyədə yerinə yetirir, nə düşmənə, nə də beynəlxaq qurumlara bizi ittiham etməyə hansısa bir əsas vermir. Odur ki, Ermənistanın üzərində çalışdığı yeni təxribatlar bizə deyil, ancaq özlərinə ziyan vuracaqlar”. (Redaktor.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar