Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmən şəkillə koordinatları necə əldə edir? - Sabiq briqada komandiri cavab verdi

"Düşmənin analitik mərkəzi fəaliyyət göstərir. Bizdə də belə mərkəz var. Biz də sosial şəbəkələrin hamısını izləyirik. Orada hər sahə üzrə mütəxəssislər oturur. Bütün bu məlumatlar nəzərdən keçirilir".

Bu sözləri ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, telefon vasitəsilə hərbi təyinatlı çəkilişlər aparılıbsa, onun koordinatlarını öyrənmək çətin məsələ deyil: "Biz bilirik ki, bütün telefonlar izlənilə bilir. Şəkilin çəkildiyi ərazi üzrə telefondan koordinatları götürmək olur. Məlumatlar hamısı toplanaraq düşmənin analitik mərkəzdə təhlil olunur. Qısa bir zaman lazımdır ki, həmin koordinatlar atəş vasitəsinə ötürülsün və ora zərbə endirilsin.

Şəkillərlə müəyyən etmək olur ki, görüntülər hansı təpə, hansı yüksəklikdə lentə alınıb. Buna görə, heç kim hərbçilərin şəkil və videolarını paylaşmamalıdır. Çünki belə olan halda hərbçilərimizin həyatı təhlükəyə atılır. Belə hadisələr olub ki, şəkil çəkiləndən sonra həmin əraziyə atəş zərbələri endirilib və orada insan tələfatı olub".(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar