Çərşənbə, 02 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Müharibənin bir ayı: Şuşaya aparan qısa yol

Qarabağda başlayan yeni eskalasiyanın bir ayı tamam olur.

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq sentyabrın 27-də əks-hücum əməliyyatına başlayıb.

Sentyabr eskalasiyasından əvvəl Ermənistan silahlı qüvvələri iyul ayında Tovuz istiqamətində Azərbaycan mövqelərini atəşə tutub. Bir neçə gün davam edən toqquşma Ermənistan silahlı qüvvələrinin geri oturdulması ilə başa çatıb. Bu hadisə Qarabağ münaqşisənin dinc yolla həllinin üzərindən xətt çəkib. Doğrudur, “iyul təxribatı”ndan əvvəl də Ermənistan tərəfi bir neçə təxribat törədib, bu ölkənin Baş naziri Nikol Paşinyan avantürist açıqlamaları ilə sülh danışıqlarına zərbə vurub. Lakin Bakı “iyul təxribatı”na qədər görünməmiş təmkin nümayiş etdirərək Qarabağda münaqişənin alovlanmasında maraqlı olmadığını, problemin dinc yolla həllinə çalışdığını nümayiş etdirib.

İyul təxribatı isə artıq Qarabağda yeni eskalasiyanın başlanacağını labüd edib. Əvvəla, Tovuz münaqişə bölgəsinə daxil deyil. Ermənistanın bu rayonu hədəfə alması Yerevanın Qarabağla kifayətlənməyib yeni ərazilər əldə etmək niyyətini ortaya qoyub.

İkincisi, Tovuz ərazisindən əhəmiyyətli beynəlxalq layihələr keçir ki, Ermənistan bu rayonu atəşə tutmaqla Azərbaycanın iqtisadi gücünü sarsıtmağa çalışıb.

Ermənistan paralel olaraq qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlara Livandan və digər Yaxın Şərq ölkələrindən terroçu qrupları yerləşdirməyə başlayıb.

İstər “iyul təxribatı”, istərsə də Ermənistanın bölgəni terror yuvasına çevirməsi beynəlxalq qurumlar, ələxsus ATƏT-in Minsk Qrupu tərəfindən sərt təpkiyə məruz qalmalı olduğu halda bunun əksi müşahidə olunub. Beynəlxalq qurumlar ən yaxşı halda susmağa üstünlük veriblər.

Bütün bunlar Azərbaycanın Qarabağda anti-terror əməliyyatına start verməsini labüd edib.

Azərbaycan Ordusu döyüşlərin ilk günlərində bir neçə yaşayış məntəqəsini və əhəmiyyətli yüksəklikləri işğaldan azad edib. Ordunun irəliləməsinə baxmayaraq bu dəfəki döyüşlərin də “aprel döyüşləri” kimi qısa müddətli olacağı barədə mülahizələr irəli sürülüb. Lakin rəsmi Bakının davranışları bu mülahizələri alt-üst edib. Ölkədə hərbi rejim və qismən səfərbərlik elan edilib. Təxribatların qarşısını almaq üçün komendant saatı tətbiq olunub.

Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycanın işğal altında olan bütün torpaqları azad edəcəyini bildirib. Ölkə başçısı bildirib ki, döyüşlərin dayandırılması üçün Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan Ordusunun əks-hücum əməliyyatı davam edəcək.

Ordunun əzmlə irəliləməsi, Ermənistan silahlı qüvvələrinin cəbhənin bütün istiqamətlərində darmadağın olunması, nəhayət, kiçik yaşayış məntəqələri daxil olmaqla Cəbrayıl və Hadrut kimi şəhərlərin işğaldan azad edilməsi dünyanın diqqətini Qarabağa yönəldib.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfləri atəşkəsə çağırıb. Lakin Fransanın ermənipərəst mövqe nümayiş etdirməsi artıq bu təşkilatın da əhəmiyyətini itirdiyini ortaya qoyub. İlham Əliyev də çıxışlarında bəyan edib ki, vasitəçi ölkələr bitərəf olmalıdır, tərəfdirlərsə o zaman qurumu tərk etməlidirlər.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən yalnız ABŞ qismən neytrallığını qoruyub. Digər iki ölkə - Fransa və Rusiya müxtəlif vasitələrlə Ermənistana yardım etməyə çalışıblar və bu indinin özündə də davam edir.

Oktyabrın 9-da Rusiyanın təşəbbüsü ilə AzərbaycanErmənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirilib. 11 saat davam edən görüş humanitar atəşkəs razılaşması ilə başa çatıb. Həmçinin tərəflər münaqişənin baza prinsipləri əsasında həlli barədə razılıq əldə ediblər. Lakin görüşdən bir neçə gün sonra Ermənistan Gəncəyə raket zərbəsi endirib. 9 nəfər mülki vətəndaş həyatını itirib, 30 nəfərdən çox vətəndaş ağır ytaralanıb. Bu olay yenidən döyüşlərin aktiv fazaya keçməsinə səbəb olub. Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib.

Hərbi müstəvidə məğlubiyyətini həzm edə bilməyən Ermənistan Azərbaycanın münaqişə ocağından kənarda yerləşən şəhər və rayonlarını davamlı olaraq raket atəşinə tutub. İrəvan mülki şəxsləri və obyektləri hədəfə almaqla Azərbaycanda panika və qorxu yaratmağa çalışsa da, bu mümkün olmayıb.

Eskalasiya başlayandan Azərbaycanda milli birlik müşahidə olunur. Hər kəs Qarabağ uğrunda birləşib. Bütün siyasi partiyalar Azərbaycan Ordusuna dəstək nümayiş etdirib. Minlərlə vətəndaş könüllü olaraq döyüşlərdə iştirak etmək üçün səfərbərlik xidmətinə müraciət edib. Orduya yardım kampaniyasına start verilib.

İlham Əliyevin çıxışlarının da milli birlik notları üzərində qurulması Ordu-Xalq birliyini gücləndirib. Milli birlik Azərbaycan Ordusunun əzmini daha da artırıb. Uğurlu əks-hücum əməliyyatı davam etdirilib və Qarabağda status-kvo birmənalı olaraq dəyişdirilib. İlham Əliyev də bəyan edib ki, artıq status-kvo yoxdur. “Onu biz dəyişdik”, - deyə Prezident vurğulayıb.

Qarabağda status-kvonun dəyişməsi münaqişənin nizamlanması ilə bağlı baza prinsiplərində nəzərdə tutulan 5+2 formulunu da əhəmiyyətsiz edib. Artıq 5 rayondan 4-ü - Cəbrayıl, Füzuli, QubadlıZəngilan işğaldan azad edilib. Azərbaycan Ordusunun artıq LaçınKəlbəcərin hüdudlarına daxil olduğu, bir neçə yaşayış məntəqəsini azad etdiyi barədə məlumatlar var.

Qarabağda eskalasiya başlayan gündən Türkiyə və Pakistan Azərbaycana birmənalı dəstək verib. Türkiyə Prezidenti “canımızla, qanımızla Azərbaycanın yanındayıq” deyə bəyan edib. Ankara həmçinin bildirib ki, münaqişəyə üçüncü ölkə müdaxilə edərsə, o zaman Türkiyə də Azərbaycan tərəfdən müharibəyə qoşulacaq.

Azərbaycana dəstək verən ölkələrdən biri də İsraildir.

Azərbaycan Ordusu həm Türkiyə, həm də İsraildən satın aldığı “Bayraktar” və “Harop” Pilotsuz Uçuş Aparatları (PUA) ilə Ermənistan silahlı qüvvələrinə sözün əsl mənasında kabus yaşadıb və yaşatmaqda davam edir.

Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatı da diplomatik müstəvidə Bakıya dəstəyini əsirgəməyib. BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənədin qəbuluna məhz Qoşulmama Hərəkatının üzv dövlətləri mane olub. Həmin sənəd qəbul olunacağı təqdirdə, BMT-nin Qarabağla bağlı qətnamələrini qüvvədən düşməsinə səbəb olacaqdı. Həmin qətnamələrdə isə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır və erməni hərbçilərinin işğal olunmuş əraziləri qeyd-şərtsiz tərk etməsi tələb olunur. Azərbaycan faktiki olaraq hazırda BMT-nin qətnamələrinin icrasını həyata keçirir.

Bir ay davam edən müharibə həm də 3 dəfə humanitar atəşkəslə yadda qalıb. Bunlardan biri barədə yuxarıda bəhs etdik. İkinci humanitar atəşkəs razılaşması da Rusiyanın təşəbbüsü ilə baş tutub. Oktyabrın 16-da tərəflər döyüş meydanında qalan cəsədrləri götürmək və əsirləri dəyişmək üçün humanitar atəşkəs barədə razılığa gəliblər. Amma Ermənistan bu dəfə də atəşkəsi pozub. Özü də döyüş meydanında yox. İrəvan dinc sakinlərin yaşadığı əraziləri atəşə tutub.

Üçüncü humanitar atəşkəs isə ABŞ-ın təşəbbüsü ilə baş tutub. AzərbaycanErmənistan xarici işlər nazirləri oktyabrın 23-də Vaşinqtona dəvət edilib. ABŞ dövlət katibi Mayk Pompeo tərəflərlərlə ayrı-ayrılıqda görüşüb. Görüşlərdə ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi barədə məlumatlar var. Tramp özü də danışıqları “proqressiv” adlandırıb. Görüşdən 3 gün sonra isə humanitar atəşkəs elan edilib. Lakin Ermənistan yenə də razılaşmanı pozaraq Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edir.

Beləliklə, müharibənin bir ayı Azərbaycanın istər hərbi, istərsə də diplomatik müstəvidə üstünlüyü ilə keçib. Baxmayaraq ki, Bakıya ciddi təzyiqlər var, İlham Əliyev “erməni hərbçiləri Qarabağdan rədd olsun” şərtinin hələ də qüvvədə olduğunu bəyan edir.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Laçında 200 erməni saxlanılıb - Rus sülhməramlılarına "xidmət" etmək üçün

Liparityan: “İlham Əliyevlə 3 saat söhbət etdik, ən xırda detalları bilirdi”

“Qarabağ ermənilərinin kütləvi dönüşü olmazsa...“ - Jirayr Liparityan

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

Bir qrup hərbi qulluqçu səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək - Sərəncam

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği bilindi - Rəsmi

Qazaxın işğal olunmuş 7 kəndi ilə bağlı açıqlama

Ofşor şirkətindən ödəmə və Əhməd Əhmədzadənin oğluna məxsus milyonluq mülk

Ermənistan Tehranın təklif etdiyi planı qəbul etmədi, Azərbaycan isə... – İran səfiri

Pentaqondan Azərbaycan ordusunun Qarabağ döyüşü təcrübəsini öyrənmək üçün daha bir qərar

loading...

Ən çox oxunanalar