Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Düşmən Zəngilan istiqamətində Azərbaycanın bərpa edilmiş dövlət sərhədinə təcavüz edir  

“Yerləşdiyi ərazidən asılı olmayaraq, bütün legitim hədəflər məhv ediləcək” - Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb...

Ermənistan silahlı qüvvələri Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu istiqamətindəki dövlət sərhədinə qarşı hərbi təxribatlara əl atmaqdadır. Virtualaz.org xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Ermənistan Müdafiə Nazirliyi sərhədin həmin istiqamətində gedən atışmalar barədə xəbərlər yayır. İddia edilir ki, Azərbaycan tərəfi Ermənistanın sərhəd postlarına zərbə endirib. Və düşmən tərəf öz ərazisindən Azərbaycan mövqelərinə atəş açdığını da təsdiqləyib.

Ordumuzun Ermənistanın sərhəd postlarına atəş açması iddialarını Azərbaycan Müdafiə Nazirliyi artıq təkzib edib. Ardınca Müdafiə NazirliyiDövlət Sərhəd Xidməti birgə bəyanatla çıxış edərək Ermənistan tərəfini bərpa edilmiş dövlət sərhədində hərbi təxribatlardan çəkinməyə çağırıb.

Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.

PİA.az" xəbər verir ki, bu barədə Müdafiə NazirliyiDövlət Sərhəd Xidmətinin yaydığı birgə bəyanatda qeyd olunub.

"Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir. Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir", - bəyanatda vurğulanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar