Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Trampa sataşdı: O ABŞ-ın proseslərdəki rolunu azaltmağa çalışır

AzərbaycanErmənistan xarici işlər nazirlərinin “Vaşinqton görüşü”nün nəticəsi olaraq əldə edilən humanitar atəşkəs qarşı tərəfdən pozulur. Yenisabah.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri ənənlərinə sadiq qalaraq yenə də atəşkəsdən qısa müddət sonra Azərbaycanın mövqelərini atəşə tutublar.

Buna baxmayaraq, Ermənistan atəşkəsin pozulmasında Azərbaycanı ittiham edir. Bu ölkənin Baş naziri Nikol Paşinyan iddia edib ki, Azərbaycan atəşkəsə əməl etmir. Özü də Baş nazir bu məsələdə ABŞ-ın adını xüsusi vurğulayır. “ABŞ-ın Dağlıq Qarabağda atəşkəs yaratmaq cəhdi uğursuzluqla nəticələnib”, - deyə Paşinyan “Twitter” hesabında bildirib. Baş nazirin bu cür təqdimatı təsadüfi deyil.

ABŞ Prezidenti Donald Tramp atəşkəsdən sonra bəyan etmişdi ki, tərəflər razılşamaya əməl edir. Paşinyanın bu bəyanatı əslində Trampa cavabdır. Digər tərəfdən, Ermənistan Qarabağda atəşkəsin bərqərar olunmasında və münaqişənin dinc yolla həllində maraqlı deyil. Əksinə, İrəvan münaqişənin miqyasını böyütməyə və bütövlükdə Cənubi Qafqazı qan çanağına çevirməyə çalışır.

Bu baxımdan, Ermənistan həm atəşkəsi pozur, həm bu məsələdə Bakını ittiham edir, həm də ABŞ-ın prosesdəki rolunun əhəmiyyətini azaldır. Çünki ABŞ ATƏT-in Minsk Qrupunun  həmsədr ölkəsi kimi Rusiya və Fransadan fərqli olaraq qismən neytrallığını saxlayır. Bu isə İrəvanın maraqlarına uyğun deyil.

Beləliklə, Ermənistan hərbi müstəvidə məğlub olduqca daha təhlükəli siyasi avantüralara əl atır. Hətta dünyanın supergüclərindən olan ABŞ-a meydan oxumaqdan belə, çəkinmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar