Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətən müharibəsinin tamam olan bir ayı... - Ən böyük uğurumuz hansıdır?

Sırf hərbi strategiya baxımından ordumuzun döyüş əməliyyatlarını necə dəyərləndirmək olar?..

Hərbi ekspert: “İndiki əməliyyatları birinci Qarabağ müharibəsi ilə müqayisə etsək deyə bilərik ki, o vaxt nə Azərbaycan, nə də Ermənistan qısa müddətdə belə nailiyyətlərə nail ola bilməmişdir”.

Azərbaycan ordusu Azərbaycan-İran sərhəddini öz nəzarətinə götürüb. Bu həm də siyasi bir məqamdır”.

Bu sözləri hərbi ekspert Azad İsazadə bir aydır davam edən Qarabağ müharibəsindəki Azərbaycanın uğurlarını PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Qarabağda başlanan aktiv döyüş əməliyyatlarının bir ayı tamam olur. Keçən bu bir ayda döyüş və hərbi üstünlük Azərbaycanın tərəfində olub.

Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq bu günə kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində azad edilən dörd şəhər, üç qəsəbə, 165 kənd və Murovdağ zirvəsi işğaldan azad olunub. Ordumuzun müzəffər yürüşü isə davam etməkdədir.

Bəs sırf hərbi strategiya baxımından ordumuzun döyüş əməliyyatlarını necə dəyərləndirmək olar və bu müddətdə Azərbaycanın ən böyük uğuru hansı əməliyyat sayıla bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hərbi ekspert Azad İsazadəyə müraciət edib.

Azad İsazadə: “Şimal zonasında ən vacib əməliyyatımız Kəlbəcərdən keçən yolu nəzarət altına almağımızdır”.

Hərb yolu ilə Azərbaycanın diplomatiya yolu ilə 30 ildir həll edə bilmədiyi bir problemi hərb yolu ilə çox qısa müddətdə həll etməkdə olduğunu nəzərə çatdıran hərbi ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bundan sonra başqa ərazilər də ya danışıqlar yolu ilə, ya da silah gücü ilə həll edəcəyik:

“Ordumuzun Qarabağda apardığı əməliyyatları çox müsbət qiymətləndirirəm. İndiki əməliyyatları birinci Qarabağ müharibəsi ilə müqayisə etsək deyə bilərik ki, o vaxt nə Azərbaycan, nə də Ermənistan qısa müddətdə belə nailiyyətlərə nail ola bilməmişdir. Çünki birinci Qarabağ müharibəsində ən yaxşı halda bir rayon azad olunurdu, ya da Ermənistan bir rayonu işğal edirdi.

Amma indiki Qarabağ müharibəsində bir ay ərzində 1-2 kəndi çıxmaq şərtilə minimum 4 rayon azad olunub. Ümuçilikdə 172 məntəqə ordumuzn rəhbərliyi altına keçib. Həmçinin iki rayonda xeyli kəndləri azad etmişik. İndiki əməliyyatlar əsasən Şimalda Ağdərə Kəlbəcərin, Mərkəzdə Ağdam vəXocavəndin, cənubda isə Laçının işğaldan azad olunmasına kilidlənib. LaçınKəlbəcərin işğaldan azad olunması isə xüsusi strateji əhəmiyyət daşıyır və bu iki rayonun işğaldan azad olunması əslində təcəvüzkar ermənilərin müqavimətinin qırılma nöqtəsi olacaq. Buna görə də deyə bilərik ki, Azərbaycan ordusunun nailiyyətləri böyükdür.

Həmçinin Azərbaycan ordusu Azərbaycan-İran sərhəddini öz nəzarətinə götürüb. Bu həm də bir siyasi məqamdır. Nəzarətsiz qalan isə Azərbaycan-Ermənistan sərhəddinin bir hissəsidir.

Azad İsazadə: “Bütün əməliyyatın cənub cinahı daha effektiv və vacib oldu”.

Dünən Ali Baş Komandan da çıxışında bildirdi ki, danışıqlar vaxtı 5+2 rayon formulu əsas müzakirə oredmeti idi. Amma indi 5 rayondan 4-ü azad olunub. Bu da o deməkdir ki, Azərbaycanın diplomatiya yolu ilə 30 ildir həll edə bilmədiyi bir problemi hərb yolu ilə çox qısa müddətdə həll etməkdədir. Bundan sonra isə başqa əraziləri ya danışıqlar yolu ilə, ya da silah gücü ilə həll edəcəyik.

Mən bu bir ay ərzində Azərbaycan ordusunun apardığı bütün əməliyyatları uğurlu əməliyyat hesab edirəm. Sözsüz ki, bütün əməliyyatın cənub cinahı daha effektiv və vacib oldu. Amma onu da qeyd edim ki, bu istiqamət nisbətən aran zonası idi. Şimalda, KəlbəcərAğdərədə isə dağlardır. Xocavənd də dağlıq ərazidir. Orada vaxtı ilə ermənilər yaşadığına görə oranı həddindən artıq möhkəmləndiriblər. Buna baxmayaraq bu istiqamətlərdə də irəliləyirik.

Şimal zonasında ən vacib əməliyyatımız isə Kəlbəcərdən keçən yolu nəzarət altına almağımızdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar