Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Raket atəşi nəticəsində ölənlərin sayı isə 4 nəfərdir.
***
Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.
***
Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atması nəticəsində üç nəfərin ölməsi ilə yanaşı bir neçə kənd sakini də ağır yaralanıb.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Ölənlərin sayı 3 nəfərdir, 10 nəfər xəsarət alıb.
Onlar xəstəxanaya aparılıb. Yaralıların içərisində azyaşlılar da var.
***
Ermənistanın Bərdəyə atdığı raket zərərsizləşdirilib.
Oktyabrın 27-i saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket Bərdə rayonu ərazisində Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilib.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Nəticədə rayonun Qarayüsifli kəndi ərazisində raket partlayıb və 2 mülki şəxs həlak olub, yaralılar var.
pia.az