Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyar Əliyevin oğlu: "Atamın qanı yerdə qalmadı..."

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu, əslən Qubadlıdan olan Emin Əliyev bu rayonun işğaldan azad olunması ilə bağlı təəssüratını bölüşüb.

"Biz bu gün həm də ona görə qürurluyuq ki, atam Əliyar Əliyev kimi birinci Qarabağ döyüşlərində şəhid olan igid oğulların qanını yerdə qoymuruq".

Emin Əliyev müharibə bitən kimi hər kəsi Qubadlıya dəvət edəcəyini, orda Qubadlı adəti ilə qonaqlıq verib, qurban kəsəcəyini deyir:

"Dağıdılmış da olsa, gedib öz evimizi görəcəm. Bizə döyüşmək üçün ruh yüksəkliyi verən bilirsiz nədir? O torpaqlarda haqqı olan insanların haqqını geri qaytarmağa çalışmağımız. Qarabağın hər qarış torpağını geri qaytarandan sonra atam kimi yüzlərlə igid oğulların haqqını vermiş olacağıq. Bu torpaq o zaman bizə halal olacaq".

Sonda qəhrəman hərbçi bildirdi ki, mən döyüşçüyəm, torpaqlarımız düşmən tapdağından tam azad olunana qədər Ali Baş Komandanın əmrinə müntəzirəm. Qubadlı Azərbaycandır!(bizimmedia)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar