Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlərin Cenevrə görüşü... - Münaqişənin həlli üzrə danışıqlar başlayacaq?

Azərbaycan ordusunun əməliyyatlarından sonra danışıqlarda hansı yeni elementlər yarana bilər?..

Politoloq: “Düşünmürəm ki, xarici işlər nazirlərinin görüşündə baza prinsipləri üzrə danışıqlar başlayacaq”.

“Paşinyan və faşist düşüncəli erməni cəmiyyəti döyüş meydanında amansız zərbələri yeməyincə, Ermənistan ordusu qəti şəkildə darmadağın olmayana qədər, onlar heç bir baza prinsiplərinə, heç bir danışıqlara riayət etməyəcəklər”.

Bu sözləri politoloq Oktay Qasımov AzərbaycanErmənistan xarici işlər nazirlərinin bu gün Cenevrədə baş tutacaq görüşlərinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi 3 gün əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatı oldu. Bəyanatda bildirildi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə AzərbaycanErmənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanın Cenevrədə birgə görüşü keçiriləcək.

“Həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə görüşərək razılaşdırılacaq qrafikə əsasən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün AzərbaycanErmənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər”, - deyə bəyanatda bildirilirdi.

Bu gün baş tutacaq görüşü necə xarakterizə etmək olar? Nəhayət münaqişənin həlli üzrə danışıqlar başlayacaqmı və Azərbaycan ordusunun əməliyyatlarından sonra danışıqlarda hansı yeni elementlər yarana bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Yaxın günlərdə biz Laçın dəhlizini də cinayətkarlardan təmizləyəcəyik. Bundan sonra məsələnin həllində müəyyən qədər surətlənmə və pozitiv inkişaf görəcəyik”.

Paşinyanın erməni xalqını son qanına qədər döyüşə səslədiyini və işğal olunmuş ərazilərdən bir metr belə güzəşt etməyəcəyini xatırladan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bu fakt Ermənistanın beynəlxalq hüquqa və BMT-nin qətnamələrə hansı münasibətdə olduğunun göstəricisidir. Buna görə də mən bu görüşdən də ciddi nəticə gözləmirəm:

“Düşünmürəm ki, xarici işlər nazirlərinin görüşündə baza prinsipləri üzrə danışıqlar başlayacaq. Sadəcə olaraq bu görüş də əvvəlki görüşlərin davamı olacaq.

Bildiyimiz kimi Ermənistanın baş naziri iki gün əvvəl erməni xalqına müraciətlə çıxışı etdi. Paşinyan erməni xalqını son qanına qədər döyüşə səslədi və işğal olunmuş ərazilərdən bir metr belə güzəşt etməyəcəyini dedi. Bu fakt Ermənistanın beynəlxalq hüquqa və BMT-nin qətnamələrə hansı münasibətdə olduğunun göstəricisidir. Buna görə də mən bu görüşdən də ciddi nəticə gözləmirəm.

Azərbaycanın mövqeyi bəllidir. Ermənistan ordusu Azərbaycan ərazilərindən çıxmalıdır. Lakin dqşünürəm ki, Paşinyan və faşist düşüncəli erməni cəmiyyəti döyüş meydanında amansız zərbələri yeməyincə, Ermənistan ordusu qəti şəkildə darmadağın olmayana qədər, onlar heç bir baza prinsiplərinə, heç bir danışıqlara riayət etməyəcəklər. Yəni bu məsələlərdə sözü Azərbaycan ordusu deyəcək və problemi də birdəfəlik ordumuz həll edəcək. Yəni bu məsələni həll edəcək faktor Azərbaycan əsgərinin rəşadəti və döyüş qabiliyyəti olacaq.

Oktay Qasımov: “Azərbaycanın düşməni murdar, cəllad, yaramaz və xaindir. Xainləri məhv edənə qədər də bu proses davam etməlidir”.

Düşünürəm ki, yaxın günlərdə biz Laçın dəhlizini də cinayətkarlardan təmizləyəcəyik. Bundan sonra məsələnin həllində müəyyən qədər surətlənmə və pozitiv inkişafı görəcəyik. Yoxsa indiki halda xarici işlər nazirlərinin görüşündən heç nə gözləmirəm.

Dünən axşam Ermənistanın müdafiə nazirinin nümayəndəsi də bildirdi ki, yenidən qüvvələrini qruplaşdırırlar və az müddətdən sonra ehtiyyatdan çağırdıqları qüvvələrin təlimi başa çatacaq. Göründüyü kimi Ermənistan savaşı sonra qədər davam etdirmək istəyir.

Azərbaycanın düşməni murdar, cəllad, yaramaz və xaindir. Xainləri məhv edənə qədər də bu proses davam etməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar