Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Reuters” Bərdə terrorundan yazdı

“Reuters” agentliyi Ermənistanın Bərdəni raket atəşinə tutmasından yazıb.

Agentlik hücum nəticəsində 21 nəfərin həlak olduğunu bildirib.

Qeyd olunub ki, Cənubi Qafqazda təxminən 30 ildir davam edən münaqişə regionu bürüyə biləcək daha geniş müharibə risklərini artırıb. Bu, həm də Azərbaycandan dünya bazarlarına neft və qaz daşıyan boru kəmərləri üçün təhlükə yaradır.

Agentlik bildirib ki, raket hücumu nəticəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir könüllüsü həlak olub, daha iki nəfər isə yaralanıb.

BQXK-nin Avrasiya regional direktoru Martin Şupp, “Son atışmalar Dağlıq Qarabağ münaqişəsinin nəzarətdən çıxma riski olduğuna işarə edir. Qorxunc həddə mülki itkilər yaşanır”, - deyə qeyd edib.

Qəsəbədə yaşayan 35 yaşlı evdar qadın Aysel Hüseynova oğlu ilə alış-verişə çıxarkən iki partlayış səsi eşitdiyini bildirib. İkinci partlayış zamanı yaralanıb:

“Mən özümə gələndə artıq təcili yardımda idim. Ayaq və qolumdan xəsarət almışam. Oğlum yanımda deyildi. Harada olduğunu bilmirəm”.

Agentlik qeyd edib ki, Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar