Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

BMT təmsilçiləri ortaq mübarizəyə çağırış ediblər

Belə çətin günlərdə səhiyyə sahəsindəki yeni texnologiyalar və elmi kəşflər azlığın sərvəti ola bilməz. Amma bununla belə, onlar hamı üçün əlçatan olmalıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus məlumat yayıb.

COVID-19 pandemiyası baxımından “açıq elm” ideyasını dəstəkləmək məqsədilə BMT-nin bir neçə agentliyinin rəhbərləri çərşənbə axşamı ortaq mübarizəyə çağırış ediblər.

Konsepsiyanın əsas mahiyyəti, elmi fəaliyyətin şəffaflığına nail olmaq və elmi tədqiqatlardan və məlumatlardan hamının yararlana bilməsi üçün şərait yaratmaqdır.

“Əgər qabaqcıl texnologiyalardan onlara ən çox ehtiyacı olanlar istifadə edə bilmirlərsə, onda onlara nəyə lazımdır? Adətən gizli saxlanılan və ya intellektual mülkiyyət qanunları ilə qorunan məlumatların və informasiyaların mübadiləsi texnologiyanın inkişafını əhəmiyyətli dərəcədə sürətləndirə bilər”, - deyə Tedros söyləyib.

UNESCO-nun baş direktoru Odre Azulenin fikrincə, koronavirusun qlobal pandemiyası ilə mübarizə kontekstində elmi informasiyaya ümumi çıxışın təmin edilməsi çox zəruridir. “Məsələ ilə bağlı dünyanın elmi ictimaiyyətinin nümayəndələri tərəfindən göstərilən həmrəylik təşəbbüsü gələcəyin davranış modelidir”, - deyə Azule bəyan edib.

Xanım Azule onu da söyləyib ki, say nisbəti ilə götürdükdə pandemiyaya qədər elmi tədqiqatların yalnız dördüncüsü ictimaiyyətə çata bilib, milyonlarla alim isə həmkarlarının işləri ilə tanış ola bilməyib.

“Bu gün elmi fəaliyyətin qapalı modelləri artıq aktual deyil, çünki onlar ölkələr və alimlər arasında bərabərsizliyin artmasına gətirib çıxarır, elmi tərəqqi isə azlığın sərvəti olaraq qalır”, - deyə UNESCO-nun başçısı əlavə edib.

Onun sözlərinə görə, ölkələr üçün elmi informasiya mübadiləsi üzrə tövsiyələri özündə birləşdirən beynəlxalq sənədin ilk layihəsi UNESCO-da artıq işlənib hazırlanıb. Son versiyanın 2021-ci ilin axırınadək dövlətlər tərəfindən qəbul ediləcəyi gözlənilir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet isə öz növbəsində bildirib ki, qlobal pandemiya şəraitində elmi məlumat və texnologiyalarla mübadilə insan hüquqları məsələsidir. “İctimai səhiyyənin əsas prinsiplərindən biri ictimaiyyətlə tam və açıq qarşılıqlı əlaqənin yaradılmasıdır”, – deyə o bildirib.

Baçelet xatırladıb ki, pandemiya şəraitində elmi faktları inkar etmək və elmi əsaslandırılmış siyasi qərarları qəbul etməkdən imtina etmək cəhdləri əhali üçün fəlakətli nəticələrə gətirib çıxarıb.

Qeyd edək ki, o həmçinin dünyanın bütün sakinləri üçün koronavirus haqqında məlumatlara pulsuz giriş əldə etmək məqsədilə ÜST və "Vikipediya" arasında razılaşmanın əldə olunmasını alqışlayıb. (Azərtac)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu…” - Türk generaldan açıqlama

“Türkiyə ordusu Qarabağa gəlir, Putin əvəzində...” – “Münaqişənin özü qalır, amma oradakı rollar dəyişir...”

Laçın dəhlizi: Statusu olmayan Dağlıq Qarabağa verdiyimiz bu imtiyaz nə deməkdir?.. - Cavabsız suallar...

“Şuşa və Hadrutun geri qaytarılması mümkündür” – Erməni siyasətçi

Putin yanvarda xəstəliyinə görə istefaya gedəcək?..

Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında qarşıdurma yaşanıb - Video

Yüzlərlə Azərbaycan hərbçisi Sotk qızıl mədəninə girib? - Ermənilər özləri dediklərini təkzib edib...

“Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı“ - Ağdamdan köçən erməni qız

Şuşada erməni əsgərlərinin 2 mindən çox meyiti tapılıb - Fotolar

Ermənistan MN: Kəlbəcərdə Azərbaycanla sərhəddə müvəqqəti qapılar qoyulub

loading...

Ən çox oxunanalar