Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan defolt ərəfəsində: “Vəziyyət dalana dirənib”

Qarabağ müharibəsi Ermənistan iqtisadiyyatına sarsıdıcı zərbə vurub.

Bu barədə Rusiyanın nüfuzlu News.ru saytının hazırladığı analitik materialda bildirilir. “Vəziyyət dalana dirənib. İrəvanın “xarici təhlükə” ilə əhalini daxili problemlərdən yayındırmaq cəhdi yalnız vergi yükünü və ümumi milli borcları tamamilə artıracaq”, - materialda qeyd edilir.

Sayt yazır ki, müharibə başlayandan Azərbaycan Ordusu Ermənistanın dəyəri 2 milyard dollardan çox olan hərbi texnikasını məhv edib. İrəvan hərbi texnika parkını yeniləmək məcburiyyətində qalıb. Amma bunun üçün maliyyə qaynaqları tapmaqda acizdir.

Digər tərəfdən, koronavirus pandemiyası maliyyə qaynaqlarının olmadığı və xərclərin artdığı bir dövrdə Ermənistan iqtisadiyyatını ciddi şəkildə çətin durmua salıb.

“Gəlir vergisi 41,4 faiz azalıb. Xarici pul köçürmələri axını da iki rəqəmli nisbətdə azalıb - yeddi ayda onların həcmi 15,3 faiz azalaraq 893,3 milyon dollara düşüb. Rusiyadan pul köçürmələri isə 28,2 faiz azalıb”, - sayt yazır.

Mütəxəssislərin fikrincə, Ermənistanda büdcə kəsiri 2020-ci ilin sonuna qədər təxminən 670 milyon dollar təşkil edəcək. Bu, Ümumi Daxili Məhsulun (ÜDM) 5 faizindən çoxdur. Müvafiq qurumlar hesab edir ki, beynəlxalq kreditorlardan alınan kreditlərin köməyi ilə vəsait çatışmazlığını qismən ödəmək mümkün olacaq. Ancaq Qarabağda münaqişənin kəskinləşməsini nəzərə alsaq, çətin ki, beynəlxalq maliyyə qurumları kredit verməyə həvəs göstərsin.

Ermənistanın Maliyyə naziri Atom Cancuqazyan da vergi gəlirlərində əhəmiyyətli dərəcədə azalma olduğunu bildirib. Onun sözlərinə görə, ilin əvvəlində proqnozlaşdırılan səviyyədən 417 min dollar azalma var. Eyni zamanda, Ermənistanın ehtiyat aktivlərinin cəmi 2.6 milyard dollar olduğu təxmin edilir və koronavirus pandemiyası– ticarət, inşaat və sənayenin onurğa süutunu hesab edilən bir çox sahələrin 10 faizdən 20 faizə qədər qədər zərər görməsinə gətirib çıxarıb.

Mütəxəssislər hərbi xərclərdəki artıma diqqət çəkərək büdcə kəsirinin gözləniləndən daha çox olacağını deyirlər. Onların fikrincə, büdcə kəsiri ÜDM-in təxminən 7, 6 faizi qədər ola bilər.

Oktyabrın əvvəlində nüfuzlu beynəlxalq reytinq agentliyi olan “Fitch” Ermənistanın uzunmüddətli reytinqlərini aşağı salıb. Reytinqlərin enməsi 2020-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında kəskin azalma ilə əlaqədardır. Fitch-in proqnozuna görə, ilin sonuna qədər azalma 6,2 təşkil edəcək. Mütəxəssislər hesab edir ki, Ermənistan əhəmiyyətli dərəcədə defolt riski üz-üzədir.(yenisabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar