Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin yeni Qarabağ açıqlamaları - Rusiya prezidenti ədalətli mövqe sərgiləyir?...

Putinin problemin həlli ilə bağlı fikirlərini nə qədər ədalətli hesab etmək olar?...

Siyasi şərhçi: “Rusiya həm Azərbaycan, həm də Türkiyənin mövqeyini nəzərə almaq məcburiyyətindədir”.

Azərbaycan ordusu irəlilədikcə və strateji mövqeləri ələ keçirdikcə təbii ki, bu Azərbaycanda, regionda maraqları olan dövlətlərin mövqeyinə təsir edir. O cümlədən də regionda marağı olan Rusiyanın mövqeyinə təsir edir”.

Bu sözləri Azad Demokratlar Partiyasının sədri, siyasi şərhçi Sülhəddin Əkbər Rusiya prezidenti Vladimir Putinin növbəti Qarabağ mövqeyini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin dünən bir daha Qarabağ problemi ilə bağlı mövqeyini açıqlayıb. Putin Dağlıq Qarabağ münaqişəsinə toxunarkən münaqişənin tənzimlənməsinin yalnız tərəflərin maraqlarının balanslaşdırılması ilə mümkün olduğunu bildirib. İlkin mərhələdə hərbi əməliyyatların dayandırılması və danışıqlar masasına oturmağın lazım olduğunu söyləyib.

“Hərənin öz həqiqətləri var, burada sadə həll yoxdur, çox çətindir”, - deyən Rusiya prezidenti münaqişənin alovlanmasının ilkin dövrlərində keçmiş sovet rəhbərliyinin insanların təhlükəsizliyini təmin etmək üçün lazımi addımları atmadığını vurğulayıb.

Rusiya prezidenti həmçinin qeyd edib ki, Moskvanın mövqeyi əvvəldən açıq olub: “Biz əvvəldən bu nöqteyi-nəzərdən-Azərbaycana əvvəlcə beş, sonra iki rayonunun qaytarılması,, Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı əlaqələr, kommunikasiyaların açılması və s. imkanlarından çıxış edirdik, hansı ki, bizim mövqeyimiz tamamilə açıqdır”, deyə Rusiya prezidenti bildirib.

Maraqlıdır ki, Putin münaqişənin həllinə Türkiyənin cəlb olunmasını mümkün hesab edib.

Putinin problemin həlli ilə bağlı fikirlərini ədalətli hesab etmək olar? Həmçinin Putinin Qarabağ probleminin həllində Türkiyənin iştirakına normal yanaşdığı açıqlanıb. Ümumiyyətlə Rusiya-Türkiyə münasibətlərinin hazırkı səviyyəsini necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərə müraciət edib.

Sülhəddin Əkbər: “Türkiyə-Rusiya münasibətlərində bir tərəfdən əməkdaşlıq, bir tərəfdən də rəqabət görürük”.

Müharibənin davam edəcəyi halda son nəticənin göz önündə olduğunu vurğulayan Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini bildirib ki, artıq Rusiya müharibə meydanındakı reallıqları və gerçəklikləri görür:

“Bu tip məsələlərdə ədalətdən danışmaq yerində olmaz. Bu məsələlərdə real politikadan, real gerçəkliklərdən danışmaq daha doğru olar. Azərbaycan ordusu irəlilədikcə və strateji mövqeləri ələ keçirdikcə təbii ki, bu Azərbaycanda, regionda maraqları olan dövlətlərin mövqeyinə təsir edir. O cümlədən də regionda marağı olan Rusiyanın mövqeyinə təsir edir. Artıq Rusiya müharibə meydanındakı reallıqları və gerçəklikləri görür.

Müharibənin davam edəcəyi halda son nəticə göz önündədir. Buna görə də Rusiya həm Azərbaycan, həm də Türkiyənin mövqeyini nəzərə almaq məcburiyyətindədir. Buna da reallıq kimi baxmaq lazımdır.

Sülhəddin Əkbər: “Mümkün olan sahələrdə Rusiya və Türkiyə öz maraqlarını nəzərə alaraq əməkdaşlıq etməyə çalışırlar”.

Rusiya-Türkiyə münasibətlərini hazırkı şəraitdə ikili dəyərləndirirəm. Çünki bir tərəfdən mümkün olan sahələrdə Rusiya və Türkiyə öz maraqlarını nəzərə alaraq əməkdaşlıq etməyə çalışırlar. Bəzi sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı uğurla davam edir. Bir tərəfdən də harada maraqlar toqquşur orada da, rəqabət aparırlar.

Biz Türkiyə-Rusiya münasibətlərində bir tərəfdən əməkdaşlıq, bir tərəfdən də rəqabət görürük. Bu eyni proses Cənubi Qafqazda, konkret olaraq Azərbaycanda müşahidə olunur. Həmçinin münaqişəsinin gedişində də bu prosesi izləyə bilərik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar