Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər qorxularından qarabasmaya düşüblər - Azərbaycan MN-in açıqlamasından belə çıxır

Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir:

"Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.

Rəsmi olaraq bildiririk ki, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb."

Qeyd edək ki, dünən “DQR”-nin Arayik Arutyunyan erməniləri həyəcanlandıran məlumat yaymışdı. Məlumata görə, Azərbaycan ordusu Şuşanın 5 km-liyinə qədər gəlib və şəhər çətin vəziyyətə düşüb. Arayik bütün erməni xalqını Şuşa şəhərini xilas etmək üçün silaha sarılmağa çağırmışdı. 
 
Bu gün səhər Ermənistan MN-nin rəsmiləri isə guya bütün istiqamətlərdən ordumuzun hücumlarının qarşısını aldıqları barədə məlumat yaydı. İndi isə Azərbaycan MN-nin yaydığı məlumata görə, Dağlıq Qarabağda hər hansı hücum əməliyyatı baş verməyib. 
 
Ermənilərin dezinformasiya siyasətini yalnız iki amillə əsaslandırmaq olar: ya onlar məğlubiyyətin doğurduğu qarabasma içindədir və əsən yel belə onlara Azərbaycan ordusunun ayaq səsləri kimi görünür, ya da savaş meydanında qazana bilmədikləri uğurun xəyali görüntüsünü yaradıb xalqa təsəlli verirlər. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar