Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan Gəncə, Tərtər və Bərdədəki terrora görə ağır cavab verəcək”

Ermənistan döyüş meydanında məğlubiyyətini etiraf edir və Azərbaycanın mülki şəxslərini hədəfə alaraq bəşəri və insani dəyərlərə, beynəlxalq hüquq və konvensiyalara məhəl qoymur, terror və soyqırım aktları törədərək hərbi cinayətlər həyata keçirir. Bütün iqtisadi-siyasi uğurlarına görə regional gücə sahiblənən Azərbaycana qarşı törədilən terror aktlarının əsas məqsədi,riyakar və mənfur düşmənin ölkə rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələyərək mülki şəxsləri qətlə yetirməklə nüfuzunu yüksəltməyə çalışır”.

PİA.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq normalarını və prinsiplərini heçə sayması deməkdir:

““Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində  21 nəfər həlak olub, 70 nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Sentyabrın 21-dən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymaması dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərinin pozulması kimi qəbul edilməli və hərbi cinayət aktları qəti şəkildə pislənməlidir!”

M. Əliyev vurğulayıb ki, Azərbaycan istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə dünya ölkələri ilə bütün istiqamətlərdə uğurlu əməkdaşlıq edən dövlətlər sırasındadır:

Ermənistanın mülki əhalimizə qarşı cinayətkar terror hücumlarına Azərbaycan yalnız və yalnız döyüş meydanında layiqli şəkildə cavab verir və həlak olan mülki şəxslərimiz və şəhidlərimizin qisasını alır! Azərbaycan ordusu Cənab Ali Baş Komandanın rəhbərliyi və liderliyi ilə, hərbi güc və potensialımızın möhkəmlənməsi uğrunda həyata keçirilmiş dövlət siyasətinin nəticəsində ən yüksək resurs və təminata malikdir və bu uğurlar Azərbaycan ordusunun qələbəsinin təminatıdır! Azərbaycan ordusu ən müasir silah və texnikalara sahibdir və döyüş meydanında heç bir kənar qüvvələrin təsiri olmadan zəfər çalır! Düşmən isə terrorçu qruplaşmaları ilə birgə, havadarlarının dəstəyinin olmasına baxmayaraq döyüş meydanında məğlubiyyətə düçar olur. Azərbaycan nəinki öz ərazi bütövlüyü uğrunda döyüşür,eyni zamanda regionda daimi sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq terrorizmlə mübarizə aparır. Dünya dövlətləri işğalçı və terrorist dövlətə dur deməli və regionda ədalətinvə sülhün təmin edilməsində Azərbaycana dəstək olmaqla sülhə, sabitliyə, ümumbəşər dəyər və beynəlxalq hüquq normalarının qorunmasını töhvə vermiş olarlar. Bütün dünyaya Ermənistan dövlətinin terroçu və işğalçı siyasəti məlumdur. Xocalı soyqırımın eyni adlı ssenarisi ilə Gəncə, Bərdə Tərtər və digər rayon və şəhərlər atəşə tutulur. Azərbaycan dövləti məğlub edilməz və şanlı Azərbaycan ordusunun yüksək döyüş əzmi və ruhu iləregionda sülhün və sabitliyin təmin olunmasınanail olacaqdır”.

Gəncə, Bərdə, Tərtər və digər rayon və şəhərlərin mülki əhalisinin sıx yaşadığı ərazilərin xüsusi olaraq seçilməsi və davamlı atəşə tutulması Ermənistanın azğınlaşmış hərbi və siyasi rəhbərliyinin birbaşa göstərişi və tapşırığı ilə həyata keçirilir. Bu cür riyakar və mənfur əməllər ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar və yeni ərazilərimizin işğaldan azad olunması ilə nəticələnəcəyinə inanırıq! 

Bütün dünyaya bəllidir ki, ermənilər havadarlarının gücü və dəstəyi ilə Rus-İran müharibəsindən sonra bizim tarixi torpaqlarımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər. 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılması dünyada yaymağa çalışdıqları yalan tarixi məlumatları tamamilə təkzib edir. İrəvan, Göyçə, Zəngəzur bölgələrinin – keçmişdə İrəvan xanlığına məxsus ərazilərin – Azərbaycanın tarixi torpaqları olduğunu sübut edən  faktların ermənilərin riyakar və mənfur siyasətinin əsası olaraq saxtalaşdırılması cəhdləri işğalçılıq niyyətlərinin hələ də davam etməsinin təzahürüdür. Ancaq Azərbaycan əzəli və əbədi torpaqlarından bir qarış belə güzəştə getməyəcək!   Xalqımız olduqca məğrur dözümlü və bir qarış torpaqdan belə vaz keçməyəcək qədər  qətiyyətli və əzmlidir. Heç bir düşmən həmləsi və hiyləgərliyi mülki vətəndaşlarımızı çaşqın vəziyyətə salmayacaq və xalqımız Cənab Ali Baş Komandanımızın ətrafında daha sıx birləşərək, qələbə qazanacaqdır!

Qələbə Azərbaycanındır! Qarabağ Azərbaycandır!” 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar