Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Müharibə meydanında acınacaqlı məğlubiyyətə uğrayan və hərbi iflasa birbaşa məsuliyyət daşıyan Nikol Paşinyana qarşı erməni cəmiyyətində ittihamlar davam edir. Növbəti bariz nümunələrdən biri müxtəlif informasiya seqmetlərində Ermənistan Baş nazirinin ölkəsinin xarici siyasətini və hərbi müttəfiqlərini kardinal şəkildə dəyişmək cəhdi, beləliklə, əsrlərlə hökm sürən “ayələri” pozaraq ötən ilin 13 may tarixində NATO Baş katibi Stoltenberqə göndərdiyi məktubun ictimailəşdirilməsidir.

PİA.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc qeyd edib.

“Onun qeyri-səhihliyi haqda hər hansı rəsmi reaksiya bildirilməyib.

Məktubda NATO Baş katibindən Qarabağ münaqişəsinin həllində kömək istənilir. Əsrlərdir davam edən “Qordi düyünü”nü kəsmək üçün sorosçu hökumət rəhbəri sensasion sayıla biləcək öhdəliklərdən bəhs edir və belə məlum olur ki, söhbətin şifahi hissəsi Şimali Avroatlantik Alyansının başçısı ilə ötən ilin yanvarında danışılıb, indi isə gələcək çözüm formulu və öhdəliklər sadalanır.

Məktubda Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması müqabilində ölkəsi daxilində hansı ssenarilər baş qaldıracağı və eyni zamanda, etirazları yatırmaq üçün o, Qarabağdan çıxaracağı silahlı qüvvələrdən hansı ictimai-siyasi şəraitdə yararlana biləcəyini yazıb. Putini deyil, Sorosu seçən, Moskvaya xəyanət edən, indi də meydanda tək qalan baş nazir deyir:

Ermənistanın NATO ilə yaxınlaşmasına əsas maneə Azərbaycan ilə mübahisəli ərazilərdə erməni qoşunlarının mövcudluğudur. Erməni qoşunlarının münaqişə zonasından çıxarılması və köçürülməsi planı çərçivəsində Azərbaycana mübahisəli ərazilər üzərində nəzarət, İrəvanın Dağlıq Qarabağı daha da dəstəkləməsinin məqsədəuyğunluğu barədə bir sualla ümumxalq referendumu keçiriləcək. Şübhəsiz ki, belə bir təşəbbüs erməni millətinin əksəriyyətinin mənfi reaksiyasına səbəb olacaq və bizim nəzarətimizdə olan xüsusi qrupların daxili sabitliyi pozması üçün etirazlar yaranacaq və qoşunları Dağlıq Qarabağdan köçürmək üçün inandırıcı bir bəhanə yaradacaq. Ölkə daxilində Qarabağ öz növbəsində, Azərbaycanın Dağlıq Qarabağın 50%-dən çox hissəsini öz nəzarəti altına alacağı öhdəliklərini təmin etdiyinə əmin olmaq üçün sizdən kömək istəyirik. Ermənistan rəhbərliyinin təsdiq etdiyi kimi, Dağlıq Qarabağın qalan hissəsi muxtariyyət almaq imkanı olan neytral boz ərazi olacaqdır”.

Göründüyü kimi, Nikol Paşinyan indi dünya erməniçiliyinin əsrlərdir qurduğu böyük idealları məhv etdiyi və təbii müttəfiqlərini buraxıb da Qərb paytaxtlarında özünə başqa hamilər axtardığına görə Böyük Linç qarşısındadır. Qarabağ müharibəsi bitən kimi İrəvanda Nürmberq Məhkəməsi qurulacaq!” – Z.Oruc bildirib. (Axar.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar