Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verilib  

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin islahat strategiyasının təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov islahatların forma və məzmun üzrə aparılacağını, mədəniyyətin müxtəlif dəyər sistemlərini özündə ehtiva etdiyini vurğulayıb. 

O, bildirib ki, mədəniyyət dövlətin strateji sahələrindən biridir: "Mədəniyyət, həmçinin, xalqın mənəvi-ideoloji gücüdür. Bu ilin 27 sentyabr tarixinə qədərki Azərbaycan cəmiyyəti ilə bugünkü cəmiyyət çox fərqlidir. Bu da ona işarədir ki, xalq dəyərlərə nə qədər bağlı olursa, milli ruh da bir o qədər də güclü olur. Hazırda Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz tariximizin şanlı səhifələrini yazır, işğal altındakı torpaqlarımızı düşməndən azad edir. Ordumuzun bu uğurlarında xalqımızın ruh yüksəkliyi də mühüm rol oynayır”.  

A.Kərimov qeyd edib ki, islahat strategiyası Mədəniyyət Nazirliyinin tarixin yeni şanlı səhifəsinə qədəm qoymuş Azərbaycanın müasir tələb və şərtlərinə uyğunlaşdırılmasını nəzərdə tutur: "Yeni strategiyanın məqsədi mədəni irsimizi qoruyaraq onun müasir formalarının yaradılmasını dəstəkləmək, mədəniyyəti müstəqilliyimizin bir təzahürü kimi inkişaf etdirmək və nəticə etibarə ilə mədəniyyətin iqtisadi inkişafa töhfəsini gücləndirməkdir". 

O, islahat qrupunun yaradılması prosesi, Mədəniyyət Nazirliyinin yeni baxışı, missiya və məqsədləri, eləcə də strateji istiqamət və prioritetlər haqqında ətraflı məlumat verib: "İslahat strategiyası müasir idarəetmə üsullarının və iqtisadi modellərinin tətbiqi, şəffaflıq və səmərəliliyin artırılması və ən əsası insan kapitalının müasir tələblərə uyğunlaşdırılması və inkişaf etdirilməsini ehtiva edir". 

Bununla yanaşı, tədbirdə iştirak edən nazirliyin əməkdaşlarına islahat strategiyasının təfərrüatları təqdim edilib və islahatın həyata keçirilməsi üçün nazirlik daxili islahat mədəniyyətinin və islahatın idarə edilməsinin zəruri olması qeyd edilib. İslahatların uğuru hər bir əməkdaşın bu prosesdə fəal iştirakından asılı olduğu tədbir zamanı xüsusilə vurğulanıb. 

Dəyişiklikləri həyata keçirmək məqsədi ilə nazirlik çərçivəsində islahat prosesinin idarə edilməsi məqsədilə Rəhbər Komitə və İslahat Komissiyası təsis edilib. İslahatın ilkin mərhələsinin bir il ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra tədbir çağdaş reallıqlara uyğunlaşmaq üçün islahatların vacibliyi, strateji istiqamətlər və prioritetlər, yeni yanaşmalar ətrafında fikir mübadiləsi ilə davam edib. 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar