Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes - Foto 

İsveçrənin məşhur brendi "Franck Muller" saatlarının banisi Vartan Sermakes Kəlbəcər rayonunda və Vecnəli kəndində qızıl axtarışı ilə məşğul olub.

Bununla bağlı kifayət qədər dəlillər də mövcuddur. Vartan Sermakes Ermənistan hakim dairələrinə yaxınlığı ilə tanınıb. Onun rəsmi şəkildə Ermənistan prezidentləri ilə görüşləri də olub.

"FranckMuller" saatları dünyanın ən bahalı onluğunda olan brend markalardandır. Şirkətin rəhbəri Vartan Sirmakes İsveçrədə 7 brend markanın 14 istehsal müəssisəsinin sahibi, "ArmSwissBank"ın prezidentidir. Sirmakes həm də İsveçrədəki erməni diasporunun əsas himayədarıdır.

Erməni siyasi rəhbərlərinin bu berndə məxsus bahalı saatlardan istifadə etdiyi mediada geniş yayılıb.

"Franck Muller" saatlarının harızlanmasında qızıldan da istifadə olunur ki, bu da bu saatlarının baha olmasının əsas səbələrindəndir. Saatların istehsalı üçün istifadə edilən qızıl hissələrini Kəlbəcərin və Vecnəli qızıl yataqlarından çıxarılır. İşğal olunmuş ərazilərimizdə kriminal bizneslə məşğul olan Sermakes bu yolla milyonlarla dollar qazanıb.

Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycan torpaqlarının işğalda olmasından istifadə edib orada təbii sərvətləri talayan əcnəbi şirkətlər qanun qarşısında cavab verəcəklər. Həmin əcnəbi şirkətlər erməni fitvasına uyub işğal altındakı torpaqlarımızda qeyri-qanuni yolla ermənilərə aid olmayan ərazilərdə fəaliyyət göstəriblər: "Onlar həm dağ mədən, həm də turizm sahələrində qanunsuz fəaliyyət reallaşdırıblar. Fikirləşməli idilər ki, həmin torpaqların sahibi var və bir gün onlar buna görə cavab verməli olacaqlar. Bu gün həmin hadisə baş verir, Azərbaycan öz ərazilərini işğaldan azad edir. Bizim ərazimizdə qanunsuz fəaliyyət göstərənlər artıq cavab verməli olacaqlar. Beynəlxalq əlaqələr çərçivəsində, beynəlxalq qanunlar qarşısında həmin şirkətlər məsuliyyətə cəlb ediləcəklər. Çünki onlar işğal altında olan ərazilərdə qaçaqmalçılıq yolu ilə öz bizneslərini qurublar, fəaliyyət göstəriblər".

Deputat qeyd edib ki, Kəlbəcər rayonu və Vejnəli ərazisindəki qızıl yataqlarında fəaliyyət göstərən tanınmış əcnəbi şirkətlər də olub: "Bununla bağlı Baş Prokurorluq və digər aidiyyəti qurumlar bu sahədə müvafiq işlər görüblər və görəcəklər də. Qanunu pozan şəxslər qanun qarşısında cavab verməlidirlər. Hətta özlərini cəzasız görən, birinci Qarabağ müharibəsi dövründə cinayət törətmiş Sarkisyan, Koçaryan, Balayan, Malatanyan və başqaları da Azərbaycan qanunlarına əsasən beynəlxalq məhkəmələr qarşısında cavab verəcək. Artıq onların barəsində olan cinayət işləri çoxdan hazırdır".

pia.az 


Etiket: Saat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Ən çox oxunanalar