Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva Patriarxlığı həddini aşdı: “Xristian ziyarətgahlarının toxunulmazlığı = Sülh”

“Xristian ziyarətgahlarının toxunulmazlığı Dağlıq Qarabağdakı qarşıdurmaya son qoyulmasının əvəzedilməz bir şərtidir”.
 
Ovqat.com-un məlumatına görə, Azərbaycan qarşısında şərt qoyaraq bu açıqlama verən Moskva Patriarxlığının Kilsələrlə əlaqələr şöbəsi sədrinin müavini Vaxtanq Kipşidzedir.
 
Gürcü əslli keşiş özünün Telegram kanalında ötən gün Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışığına münasibət bildirərkən belə yazıb. Keşiş təhdidə bənzər ritorikasını davam etdirməkdən də çəkinməyib.
 
Rusiya Prezidenti Vladimir Putinin sözləri, bu problemin sülh yolu ilə həll edilməsi üçün əsas məsuliyyəti daşıyan bir gücün verdiyi mühüm bir siqnaldır”,- başını siyasətə qoşan keşiş belə deyib.
 
Qeyd edək ki, Kremlin mətbuat xidmətinin dünən yaydığı məlumata görə, Azərbaycan lideri İlham Əliyevlə telefon danışığında Putin ölkəmizə qaytarılmış ərazilərdə xristian kilsələrinin və monastırlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulamışdı. Rusiya Prezidentinin fikrincə, bu ziyarətgahlar normal kilsə kimi fəaliyyətini davam etdirməlidir.


 
Prezident İlham Əliyev isə bildirmişdi ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilir. Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.
 
Prezident İlham Əliyev onu da qeyd etmişdi ki, üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.


Bu ermənilərin saxladığı Xudavəng monastrı

Azərbaycan Prezidentinin rusiyalı həmkarına xristian məbədlərinin qorunması ilə bağlı ən yüksək səviyyədə zəmanət verməsinə baxmayaraq, nə yazdığını ölçüb-biçə bilməyən gürcü keşişi anlamalıdır ki, bu zəmanət təkcə ölkə başçısının şəxsi təşəbbüsü də deyil. Ölkəmiz tarix boyu başqa dinlərə sayğı ilə yanaşıb, mehriban qonşuluq şəraitində birgə yaşayışa üstünlük verib. Məhz bunun nəticəsidir ki, minillər boyu Azərbaycan xalqının hegemoniyası altında yaşayan digər millətlər və dinlər, o cümlədən Vaxtanq Kipşidzenin mənsub olduğu gürcülər həm özlərini, həm də dini inanclarını bugünlərə qədər gətirib çıxara bilmişlər. Xalqımızın böyük əksəriyyətinin mənsub olduğu islam dini da xristianlığı və yəhudiliyi ilahi qaynaqlı inanış sistemi kimi qəbul edib, İsa və Musa peyğəmbəri həm də özünə göndərilmiş Allah elçisi bilib.Keşiş də fikir ifadə etməmişdən əvvəl zəhmət çəkib coğrafiyamızın din tarixinə nəzər salsın. Heç bir əsas olmadan  ürək bulandırmaq din adamına yaraşmaz. 


Bu da bizim qoruduğumuz Xilaskar kilsəsi
 
Üstəlik, keşiş statusu daşıyan din adamı ilk növbədə öz dindaşlarının mənəvi lideridir, vicdanının səsidir. Hər vicdan sahibi isə ilk növbədə daxili hesabat verməyi bacarmalıdır. Bu baxımdan Ermənistanın müsəlman əhalisinə və mədəniyyətinə barbarcasına rəftarını mühakimə etmək gürcü keşişin mənəvi öhdəliyinə daha çox uyğundur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar