Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov: “Görürsünüz ki, baş verənlər necə vicdansız şəkildə şərh edilir”

Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) öhdəliklərinə xəyanət etməsi ilə bağlı ittihamlar vicdansızlıqdır”.

PİA.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində deyib.

“Görürsünüz ki, Rusiyanın politoloji mühitində də baş verənlər necə vicdansız şəkildə şərh edilir. Bəzi analitiklərimiz bizi birbaşa Kollektiv Təhlükəsizlik Müqaviləsindəki öhdəliklərimizə xəyanət etməkdə günahlandırırlar. Əvvəla, düşünmürəm, ki həmin insanlar sadəcə siyasi cəhətdən savadsızdır, hüquqi cəhətdən təhsilsizdir. İkincisi, KTMT-nin öhdəliklərinin müstəsna olaraq təşkilata üzv dövlətin xarici təcavüzdən birgə müdafiəsini əhatə etdiyini bilməmiş deyillər, bu da təbii ki, Ermənistanla baş vermədi. Belə nümunələr çoxdur. Onları xaricdə və Rusiya Federasiyasındakı müəlliflərin vicdanına buraxıram”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Nazir Rusiyanın Dağlıq Qarabağdakı münaqişə ilə əlaqədar siyasi xal və nüfuz qazanmaq niyyətində olmadığını qeyd edib: “Biz 9 noyabr razılaşmasını və Rusiyanın ona nail olmaqdakı rolunu necə izah etməyə çalışdıqlarını fəlsəfi şəkildə qəbul edirik. Tamamilə diametral zidd mövqelər. Bir tərəfdən “Rusiya demək olar ki, hamını aldadıb, az qala əsas fayda götürən oldu”. Digər qütbdə isə “Rusiya müttəfiqlərinə xəyanət etdi”.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar