Koronavirus pandemiyası səbəbilə tədbirləri sərtləşdirən Yunanıstan bu gün səhər 06:00-dan edibarən sərhədləri bağlamağa başlayıb.
Bu barədə hökumət sözçüsü Stelios Peças açıqlama verib. Məlumata görə, bu qərarın verilməsində Şimali Yunanıstan bölgəsində yoluxma sayının kəskin artması aparıcı yer tutub.
Qeyd edək ki, bu gün Yunanıstanın Albaniya ilə sərhəd qapısı bağlanıb. Artıq Yunanıstana gəlmək istəyən hər kəs koronavirus testi olmalıdır. Bənzər tədbirlərin yaxın günlərdə Yunanıstanla qonşu olan digər sərhəd qapılarında da tətbiq edilə biləcəyi ifadə edilib.(yenisabah)
pia.az