Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neftin qiyməti sentyabr ayından bu yana ən yüksək həddə çatdı

Koronavirusa qarşı peyvəndin hazırlanması ilə bağlı yaranan nikbinlik ab-havası neft qiymətlərinin artmasında da özünü göstərir.

Bu gün Bakı vaxtı ilə saat 14:10-a olan vəziyyətə görə, “Brent” markalı neftin fevral fyuçersləri 1,64 faiz artaraq 45,81 ABŞ dollarından, yanvar fyuçersləri 1,8 faiz bahalaşaraq 45,78 ABŞ dollarından, WTI markalı neftin yanvar fyuçersləri isə 1,53 faiz bahalaşaraq 43,07 ABŞ dollarından satılıb.

Səhərki hərraclarda isə “Brent” markalı neft 2 sentyabr tarixindən bu yana ilk dəfə olaraq 46 ABŞ dollarından daha yüksək qiymətə satılıb. WTI markalı neft də sentyabr ayından sonrakı dövrdə maksimum hədd olan 43,34 dollarından satılıb.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın “Astra Zeneca” şirkəti təqdim etdiyi yeni koronavirus dərmanının 70-90 faiz arasında səmərə göstərdiyini bildirib. Həmçinin ABŞ hökumətinin koronavirusla bağlı qərargahında peyvəndlərə dair müşavir Monsəf Sləvi ölkədə koronavirusdan kütləvi peyvənd işlərinin 11 dekabrdan başlaya biləcəyini açıqlayıb.

Bununla yanaşı, Yəməndə fəaliyyət göstərən “Ənsər Allah” radikal islamçı təşkilatının Səudiyyə Ərəbistanında neft paylaşma mərkəzini atəşə tutması barədə xəbərlər də neft bazarında əks-səda doğurub. Hərçənd bu əks-sədanın uzun çəkməyəcəyi bildirilir.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar