Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya şərhçiləri niyə Paşinyanı ağ yuyub qara sərir?

Kreml Ermənistanın atəşkəs razılaşmasını poza biləcəyindən narahatdır...

Mark Episkopos

“National Interest”, 23.11.2020

Ermənistanda Dağlıq Qarabağda atəşkəslə bağlı ikinci həftədir ki, kütləvi etirazlar getdiyindən Moskvadakı bəzi şəxslər İrəvan hökumətinə qarşı səbrlərini itirirlər.

45 günlük döyüşlərdən, minlərlə itki verildikdən və yüz mindən çox məcburi köçkündən sonra Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin noyabrın 10-da müharibəni bitirmək üçün atəşkəs razılaşmasını imzalayıblar. Atəşkəs bütün hərbi əməliyyatların tamamilə dayandırılmasını nəzərdə tutur. Bir neçə diqqətəlayiq istisna olmaqla, bütün tərəflər atəşkəs vaxtı tutuğu ərazidə qalmağı qəbul ediblər.

ErmənistanDağlıq Qarabağ arasında əlverişli dağ keçidi olan “Laçın dəhlizi” də daxil olmaqla, Dağlıq Qarabağın əhəmiyyətli bir hissəsi yaxın bir neçə ildə Rusiya sülhməramlılarının nəzarətində olacaq; ilkin müddətdən sonra tərəflərin heç biri öncədən etiraz etmədiyi təqdirdə, Rusiya sülhməramlılarının missiyası daha 5 il müddətinə avtomatik yenilənəcək.

Atəşkəs xalis status-kvo deyil. Hər iki tərəf hazırda olduğu yerlərdə dayansa da, razılaşma bir neçə ərazi mübadiləsini şərtləndirib – hamısı Azərbaycanın nəfinə. Bakı bu razılaşmanı Ermənistanın “təslimçiliyi” kimi yozur, İrəvanda atəşkəs çox mənfi qarşılanıb. Razılaşmanı imzalayan Paşinyan bunu “ağrılı” zərurət kimi qiymətləndirib: “Bu qələbə deyil, ancaq özünüzü məğlub hesab etməyincə məğlub deyilik. Özümüzü heç vaxt məğlub hesab etməyəcəyik və bu, milli birlik və dirçəliş dövrümüzün yeni bir başlanğıcı olacaq”.

Paşinyanın getdikcə artan bədxahları Ermənistanın təxminən 9 rayonu itirməsini təsdiqləməsi və razılaşmaya görə onu istefa verməyə çağırıblar. Parlamentin sədri Ararat Mirzoyan azğınlaşmış kütlənin təhqirinə məruz qalıb, Paşinyanın iqamətgahına basqın edilib və müxalifət partiyaları baş naziri impiçment etmək və ya başqa bir şəkildə vəzifəsindən kənarlaşdırmaq üçün bir neçə uğursuz cəhd göstəriblər.

Paşinyan evdə ciddi təhdidlə üzləşsə də, Kremlə bağlı şərhçilər və Rusiya siyasətçilər ona daha çox etimadsızlıq sərgiləyirlər.

Məşhur rusiyalı politoloq və siyasətçi Sergey Kurginyan Paşinyanı Ermənistanın hərbi səylərini pozmaqda və Dağlıq Qarabağ xalqına xəyanətdə, yəni vəzifəsinə məsuliyyətsiz yanaşmaqda günahlandırıb: “Paşinyan Artsaxdan imtina etmək üçün iqtidara gətirilib”, – deyə Kurginyan Rusiya televiziyasında çıxışı zamanı Paşinyanın xarici, ehtimal ki, Qərb hökumətlərinin əmri ilə hərəkət etdiyini, guya Ermənistan ordusuna əsas strateji şəhər olan Şuşadan geri çəkilmək əmri verdiyini bildirib.

O, Paşinyanın təcili olaraq hakimiyyətdən uzaqlaşdırmağa çağırıb: “Ermənistanda Paşinyan iqtidarda saxlasaq, bu adam orada əldə etdiyimiz hər şeyi məhv edəcək… Paşinyanı hakimiyyətdə saxlamaq, Ermənistanı NATO-ya təhvil vermək deməkdir”.

“İlk işimiz bu adamı işdən çıxarmaqdır”, – Kurginyan bu nəticəni çıxarıb.

Paşinyanın devrilməsinin erməni siyasətində ifrat millətçiləri və digər xoşagəlməz qruplaşmaların gücləndirə biləcəyi ilə bağlı narahatlıqlara cavab olaraq Kurginyan alternativ hökumətin Paşinyan rəhbərliyindən üstün olduğunu vurğulayıb: “Rusiya üçün Paşinyanın özü xaricində heç bir pis nəticə yoxdur… Bir vaxtlar “Karfagenin məhv edilməlidir” dedikləri kimi, Paşinyan da kənarlaşdırılmalıdır”.

Ötən həftə Kurginyanın hisslərindən nisbətən mülayim dəyişikliklərin anonsu verilib. Amma “Russia Today”-in baş redaktoru Marqarita Simonyan kimi nüfuzlu fiqurlar da daxil olmaqla, bir çox şərhçi Paşinyanın Rusiyanın yardım və vasitəçilik təkliflərini qulaqardına vuraraq Qərb köməyinə ümid etdiyini vurğulayıb.

Rus siyasi elitasının Paşinyana olan nifrəti baş nazir Serj Sarkisyan hökumətinin devrildiyi 2018-ci ilin “rəngli inqilab”ından qaynaqlanır. 2014-cü il Ukrayna inqilabına bənzər bir ssenaridən, yəni Aİ və NATO-yə meyl edən yeni postsovet dövlətinin yaranmasından qorxaraq, Kreml Paşinyan hökumətinin legitimliyini tanımağı ləngidib. 2018-ci ilin yayında Paşinyan və Putin arasında bir sıra yüksək səviyyəli görüşlərdən sonra Putin rəhbərliyi mövqeyini nəzərəçarpacaq dərəcədə yumuşaldıb, nəticədə, Paşinyanla tam diplomatik miqyasda razılaşıb. Ancaq böyük rus şərhçilər ordusu heç vaxt onu qəbul etməyib və indi onlar Dağlıq Qarabağ böhranında Paşinyan hökumətinin çöküşünün yeni perspektivlərini görürlər.

İrəvanda hökumət dəyişikliyi üçün bəzi rus elitaları arasında artan iştaha baxmayaraq, Kreml Paşinyanın taleyinə münasibət bildirməyib və ya ona təsir edəcək addım atmayıb. Putin administrasiyası hələlik Ermənistanın atəşkəs razılaşmasını poza bilməsindən narahatdır. Vladimir Putin son müsahibəsində İrəvanın atəşkəsdən geri çəkilməsinin “intihar” olacağını bildirib.

Evdə mühasiəyə düşən və xaricdə tənqid olunan Ermənistanın baş nazirinin istefa etmək fikri yoxdur. Bu həftənin əvvəlində Paşinyan Dağlıq Qarabağ sülh prosesində Ermənistanın yaxından iştirakını və bir sıra populyar daxili islahatları özündə cəmləşdirən 15 maddəlik siyas yol xəritəsini qəbul edib.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar