Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hazırkı reallıq manatın 10-15 faiz dəyər itirməsini tələb edir” - Ekspert

“Fitch Ratings” beynəlxalq agentliyinin Azərbaycan üçün proqnozu iqtisadiyyatın və manatın indiki real vəziyyətinə nə qədər uyğundur?

İqtisadçı-ekspert: “Əslində beynəlxalq təşkilatlar çoxdandır Azərbaycanla bağlı bəzi xəbərdarlıqlarla çıxış edirlər”.

“Neftin qiymətinin düşməsi Azərbaycanın valyuta ehtiyatlarını azaldıb. Son 10 ildə büdcənin neftdən asılılığı artan xəttlə gedir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Fitch Ratings” beynəlxalq agentliyinin Azərbaycanın iqtisadiyyatı üzrə açıqladığı proqnozunu PİA.az-a şərh edərkən qeyd edib.

“Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycanın xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqinin (IDR) “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozunu "mənfi"də saxlayıb.

Agentlik qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın iqtisadiyyatına mənfi təsiri məhdudlaşdırılsa da, COVID-19 pandemiyası, neftin aşağı qiyməti, sosial məhdudlaşdırma ölçüləri və “OPEC+” çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliklər səbəbindən bu il Azərbaycan iqtisadiyyatı 4,3% (ötən proqnoz 4,2%) azalacaq, lakin 2021-ci və 2022-ci illərdə müvafiq olaraq 2,7% ( ötən proqnoz 2,5%) və 2% (ötən proqnoz 2,8%) artacaq.

Bundan əlavə, “Fitch”in mütəxəssisləri reytinqi yüksəldə və ya endirə biləcək faktorları sadalayıb. Reytinqi aşağı sala biləcək amillərin içində xarici balansların kəskin azalması, manatın devalvasiyaya uğraması, neftin qiymətinin uzun müddət aşağı qalması və bunun öz növbəsində, iqtisadiyyata, bank sektoruna ziyan vurması göstərilir.

Bu proqnozu Azərbaycan iqtisadiyyatının və manatın indiki real vəziyyətinə uyğun hesab etmək olar və Azərbaycanın IDR-ın “BB+” səviyyəsində təsdiq edilməsində və reytinqin mənfidə saxlanılmasında hansı amillər nəzərə alınıb?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Hökumət manatın məzənnəsinə baxmalıdır”.

Beynəlxalq reytinq agentliklərinin xəbərdarlıqlarına hökumətin daha çox diqqətə olduğunu düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, onların Azərbaycan iqtisadiyyatının xronika problemləri ilə bağlı iradları var:

“Əslində beynəlxalq təşkilatlar çoxdandır Azərbaycanla bağlı bəzi xəbərdarlıqlarla çıxış edirlər. Məlumdur ki, neftin qiymətinin ucuzlaşması və pandemiya bütün dünyaya təsir etdiyi etdi. Azərbaycan da neft ölkəsi olduğu üçün bu hadisələr ona lap ciddi təsir edir.

Son hesablamalara büdcə xərclərinin artması da göstərilir. Gələn il isə işğaldan azad etdiyimiz rayonlarımıza görə büdcə xərcləri daha da atmalıdır. Çünki həmin torpaqlarda bərpa və layihə işlərinə vəsait ayrılacaq. Bu da büdcənin yükünü artıran əsas amilə çevriləcək.

Natiq Cəfərli: “Keçən il büdcənin Neft Fondundan transferi 49 faiz idisə, bu il 58 faiz olub. Yəqin ki, gələn il transfer yenə artacaq”.

Düşünürəm ki, beynəlxalq reytinq agentliklərinin xəbərdarlıqlarına hökumət daha diqqətlə qulaq asmalıdır. Çünki onların Azərbaycan iqtisadiyyatının xronika problemləri ilə bağlı iradları var. Bu problemlər də nefdən asılılıq və ölkənin bir çox beynəlxalq təşkilatlara üzv olmamaq yolunu tutmasıdır və s. Hətta hamıya məlumdur ki, daxildə inhisarçılıq və korrupsiya ilə bağlı bəzi problemlər qalıb.

Bütün bu məsələlər də Azərbaycan üçün daha böyük təhlükə yaradır. Çünki neftin qiymətinin düşməsi Azərbaycanın valyuta ehtiyatlarını azaldıb. Son 10 ildə büdcənin neftdən asılılığı artan xəttlə gedir. Məsələn keçən il büdcənin Neft Fondundan transferi 49 faiz idisə, bu il 58 faiz olub. Yəqin ki, gələn il transfer yenə artacaq və 60 faizdən çox olacq. Buna görə də hökumət manatın məzənnəsinə baxmalıdır. Hazırkı reallıq manatın 10-15 faiz dəyər itirməsini tələb edir”.

Nərminə UMUDLU
pia.az


Etiket: Manat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar