Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqor Korotçenko: “Rusiya heç vaxt Ermənistan üçün vuruşmaq niyyətində olmayıb”

Rusiya heç vaxt Dağlıq Qarabağda Ermənistan üçün mübarizə aparmaq niyyətində olmayıb”.

İnfo24-ün məlumatına görə, bu sözləri rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Qarabağın və ətraf ərazilərin Azərbaycanın tərkib hissəsi olması barədə açıqlaması Moskvanın münaqişənin əvvəlindən tutduğu mövqeyi təsdiqləyib.

“Bu, Rusiyanın guya Ermənistanı satması barədə hay-küy salanlara mesajdır. Biz heç vaxt Dağlıq Qarabağda Ermənistan üçün vuruşmağa hazırlaşmamışıq. Putin sadəcə bu gün bizə bəziləri tərəfindən ünvanlanan illüziya xarakterli gözləntilərə və qınaqlara cavab verdi. İlk növbədə bütün iradları özünüzə ünvanlayın. Erməni cəmiyyəti, Ermənistan dövləti, erməni siyasi elitası - bütün sualları özlərinə ünvanlamalıdırlar”, - deyə İ.Korotçenko bildirib.

“Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Rusiyanın bu məsələ ilə bağlı mövqeyi münaqişənin lap əvvəlindən belə olub”, - deyə ekspert əlavə edib.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar