Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cümhuriyyət qadınları: xidmətlər… aqibətlər…

Mehriban Vəzirin “Cümhuriyyət qadınları: xidmətlər, aqibətlər” kitabında Cümhuriyyətimizin quruculuğunda isti¬rak etmiş, cümhuriyyət şüurunun formalaş¬masında mühüm rol oynamış, dövrünün görkəmli ictimai xadimləri – Şəfiqə Əfəndizadə, Həmidə xanım Cavanşir, Xədicə Qayıbova, Ummugülsüm, Xədicə xanım Əlibəyova haqqında yazıları toplanmışdır.

Məqalələrdə bu möhtəşəm qadınların Cümhuriyyət ideyalarına, milli tərəqqiyə xid¬mət¬ləri və sovet repressiyasının onlara yaşatdığı aqibətlər diq¬qətə çəkilir. Eləcə də bu böyük xidmətlər qarşılığında hələ də yerinə yetirilməyən ictimai borclarımızdan bəhs edilir.

Kitab 1920-ci ildə, düz 100 il öncə süquta yetirlmiş Azərbaycan Cümhuriyyətinə, Cümhuriyyət quruculuğunda qadın iştirakçılığına həsr edilib. Əlbəttə, Cümhiriyyət iştirakçısı olan xanımlarımızın sayı bir kitaba sığacaq qədər deyil… çoxdur. Bu siyahı təkcə Cümhuriyyət quruculuğunda iştirak edən qadınlarla yetinmir, sırada hələ 1917-ci ildən qadınların seçkilərdə iştirakı üçün çalışan, bu haqqı əldə edən, Cümhuriyyət dövründə isə qanuniləşdirilməsinə səbəb olan qadınlarımızın da adı var. Cümhuriyyətə maarifçiliklə, xeyriyyəçiliklə, təhsilin ictimailəşdirilməsi ilə xidmət edən qadınlarımız da inkişaf tariximizdə mühüm yer tuturlar. Onlardan çoxunun adı hələ də kölgədə qalmaqdadır.

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədr müavini Leyla Kərimova qeyd edir ki:

Təşkilatımızın qadın inkişafına, qadın ictimai fəaliyyətinə həsr etdiyi növbəti kitab olan “Cümhuriyyət Qadınları: xidmətlər… aqibətlər…” kitabını silsilə etmək fikrindəyik. Yenicə nəşrdən çıxmış bu kitabımıza dövrün ictimai xadim qadınlarının milli tərəqqiyə xid¬mət¬ləri və sovet repressiyasının onlara yaşatdığı aqibətlər diq¬qətə çəkilir. Eləcə də bu böyük xidmətlər qarşılığında hələ də yerinə yetirilməyən ictimai borclarımızdan bəhs edilir. Cümhuriyyət yolunda, maarifçilik tərəqqi yolunda xidməti olan bütün qadınların həyat və fəaliyyətini araşdırmaq və ictimaiyyətə təqdim etmək kimi arzularımız var… bu arzuları gerçəkləşdirmək üçün addım-addım yürüməkdəyik…

Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzi İctimai Birliyinin “Cümhuriyyət Qadınları: xidmətlər… aqibətlər…” adlı layihəsi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dəstək Şurası tərəfindən dəstəklənmişdir. Layihə 100 il əvvəl baş verən milli faciə – Cümhuriyyətimizn süqutu və bu yolda yürüyən qadınların xidmətlərinə və aqibətlərinə həsr edilmişdir.(aztoday)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar