Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neft Fondunun dollar ehtiyatlarına qənaət etmək lazımdır” - İqtisadçıdan devalvasiyaya çağırışı

“Yuvarlaq rəqəmlərlə götürsək, bu il Neft Fondunun gəlirləri 7,8 mlrd. manat, xərcləri isə 12,5 mlrd. manat olacaq. 4,7 mlrd. manat kəsr yaranacaq və bu, ciddi rəqəmdir”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli şərh edib.

O, 2021-ci ilin büdcəsinin hələ Parlamentə təqdim edilməməsini diqqətə çəkib:

“Səbəbi məlumdur. Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi, deməli, gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Yəni gələn il büdcə xərcləri ciddi artmalıdır, bunun üçün isə tək bir mənbə var, o da Neft Fondudur”.

Ekspert vurğulayıb ki, bu il iqtisadiyyat 4-4,5% daralacaq, ÜDM azalacaq, biznes çox ağır durumdadır deyə, gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq:

“İnsanların alıcılıq qabiliyyəti düşdüyü üçün gömrükdən də daxil olmalar azalır və azalacaq. İqtisadiyyatın "ağardılması" hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi, nə qədər mümkün idisə, o qədər "ağartdılar", deməli, daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, gömrük daha çox pul (vergi) yığsın, bu isə 2021-də mümkün deyil”.

İqtisadçı hesab edir ki, əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, gələn il Neft Fondundan 4-5 mlrd. əlavə pul götürülməlidir:

“Yəni fonddan azı 17 mlrd. manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. 2021-ci ildə fond ən yaxşı halda 8 mlrd. manat qazanacaq, deməli, fondun 2021-ci il kəsri 9 mlrd. manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Neft Fondunun üzərinə yıxsaq, bu, dayanaqlı model olmayacaq. Yüngül devalvasiyaya gedib (15-20%) fondun dollar ehtiyatlarına bir az qənaət etmək lazımdır, paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır, başqa yol görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik, bunun üçün isə tək Neft Fondu kifayət deyil”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar