Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcəri tərk edən ermənilərin "yanmış torpaq" strategiyası AK-nın diqqətindən yayınmadı - "Europe Diplomatic"

Azərbaycanın Kəlbəcər bölgəsini tərk edən ermənilərin "yandırılmış torpaq" strategiyası Avropa Komissiyasının (AK) diqqətindən yayınmadı.

PİA.az Trend-ə istinadən bildirir ki, bu barədə "Europe Diplomatic" onlayn jurnalında dərc olunan məqalədə deyilir.

Məqalədə Avropa Komissiyası mətbuat-katibinin sitatı da yer alıb: "Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyətlə bağlı tərəflərdən gələn müxtəlif məlumatları və müxtəlif şikayətləri nəzərə alırıq. Əraziyə birbaşa giriş olmadığı üçün bu açıqlamaları təsdiqləmək çox çətindir və bu səbəbdən də bu ərazilərdəki vəziyyətlə əlaqəli konkret ittihamlara cavab verə bilməyəcəyəm. Lakin vacib olan atəşkəsə riayət etməkdir, buna tam riayət edilməlidir".

Məqalədə, həmçinin Azərbaycanın Kəlbəcər rayonunu tərk edən ermənilərin istifadə etdikləri "yandırılmış torpaq" strategiyası ilə bağlı mediada yer alan xəbərlərin ekoloqların böyük narahatlığına səbəb olduğu, meşələrin yandırılması və dağların bənzərsiz flora və faunasının qəsdən məhv edilməsi nəticəsində meydana gələn fəlakətə işarə etdiyi deyilir.

Məqalədə "yandırılmış torpaq" strategiyasının Kəlbəcər rayonunu tərk edən ermənilər tərəfindən istifadə edildiyi izah edilir:

"Onları evləri, bağları, meşələri yandırırdılar və sanitariya problemlərinə səbəb ola biləcək kütləvi şəkildə heyvan kəsiblər".

Qeyd edilib ki, "yandırılmış torpaq" strategiyası 1977 il Cenevrə Konvensiyalarına əsasən hərbi cinayət hesab olunur:

"Düşmənin potensial olaraq istifadə edə biləcəyi hər hansı bir şeyin məhv edilməsinə dair bu barbar strategiya beynəlxalq hüquq tərəfindən qınanır və hərbi cinayətkarlarla bağlı prosedurlar Beynəlxalq Haaqa Məhkəməsinin səlahiyyətindədir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar