Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden prezident seçkilərində rekord vurdu

Demokratlar partiyasından namizəd Co Bayden ABŞ-da keçirilən prezident seçkiləri tarixində 80 milyon seçici səsi yığmağı bacaran ilk şəxs olub.

PİA.az xəbər verir ki, bu barədə məlumat NBC telekanalının hesablamalarında yer alıb.

Telekananalın məlumatına görə, demokrat seçkilərdə 80 011 351 səs toplayıb. Siyasi marafonda Baydenin rəqibi, Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd, ABŞ-ın hazırkı prezidenti Donald Trampa isə 73 881 795 seçici səs verib. Qeyd edilir ki, digər namizədlər birlikdə 2 867 515 səs yığıblar.

Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Ölkənin ən yüksək dövlət postuna demokrat Co Bayden və hazırkı prezident, respublikaçı Donald Tramp iddialı olub.

Noyabrın 7-də ABŞ-ın aparıcı KİV-i – “ABC News”, “FOX News”, CNN, AP və NBC prezident seçkilərində demokrat Co Baydenin qələbəsini elan ediblər. Rəsmi nəticələr hələ açıqlanmayıb. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar