Bazar, 24 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Baydenlə yüksələn Vaşinqton-Berlin xətti - Türkiyə bu xəttin harasında durur?..

Qlobal səviyyədə müdhiş bir oyun oynanılır. Nəhəng bir lobbinin qarşısına isə şifrələr qoyulub...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 24 noyabr 2020-ci il

Hazırda kənardan gələn təsirlərin içəriyə təsir etdiyi bir dönəmdən keçirik. Xaricdəki dünya həmişə çox vacibdir. Türkiyə kimi kilid ölkələrdəki ittifaqlar, qırılmalar, rəsmi səfərlər və regional siyasətlər həmişə xarici güclərə uyğun şəkildə hazırlanır.

ABŞ prezident seçkiləri də Türkiyə kimi dünya üzərində ciddi önəmə sahib olan ölkələr üçün olduqca vacib bir məsələdir. Bundan əlavə, Anadolu regionunun mövqeyi də dünyanın gedişatına təsir edəcək.

Ələddin Çakıcı, Kamal Kılıçdaroğlu, Əli Babacan, Meral Akşener, Əhməd Davudoğlu, Bülent Arınç, Cəmil Çiçek, Osman Kavala, Səlahəddin Demirtaş kimi bir çox vacib simalar keçən həftənin gündəmini təyin etdilər. Hər kəs fikirlərini ya iqtidar pəncərəsindən, ya da müxalifət kürsüsündən bölüşdü. Ancaq israrla demək istəyirəm ki, içəridə baş verənlər çöldəki proseslərin nəticəsidir.

Əhməd Davudoğlu 2014-cü ilin sentyabr ayında Ərdoğanın dəstəyi ilə hakimiyyətə gəldi. 2016-cı ilin mayında isə Baş nazir vəzifəsindən istefa etdi. Davudoğlu Almaniya və Avropa Birliyinə yaxın bir siyasi xadim idi.

O getdikdən təxminən 40 gün sonra İngiltərə “Avropadan çıxa bilərikmi?” sualına cavab axtarmağa başladı. Nəticədə, 52% səslə “çıxaq” cavabını aldı. Beləcə, İngiltərə köhnə dostları ilə qlobal bir şəbəkə quracaq və buradan Türkiyəyə çox önəmli bir xətti təslim ediləcəkdi. Həmçinin, arxada Çin və Qətər də var idi. Onsuz da İngiltərənin “Millətlər Cəmiyyəti” artıq hazır idi.

İngiltərə bu böyük oyunda Türkiyəyə yer vermək istədiyini həmişə bildirirdi. Zaman keçdi, noyabr ayı gəlib çatdı. Qlobal inkişafın bir nəticəsi olaraq Ağ Evdə Respublikaçı Tramp olmalı idi və elə də oldu. Tramp Ağ Evdə gələn kimi ilk qonağı təbii olaraq İngiltərənin Baş naziri Tereza Mey oldu. Mey Trampla yaxınlığını göstərək yenə yola düşdü. Lakin Londona yox, Ankaraya getdi. Bu, ABŞ-ın indi London vasitəsilə qurulacaq yeni sistemdə iştirak edəcəyinə işarə idi.

Bundan sonra da “Rusiya seçkini saxtalaşdırdı, Trampı seçdirdi”, sənədləri hazırlandı və tirajlandı. Problem oradan başladı. Prokuror Müllerdən Maykl Flinə qədər nəhəng bir səhnə gördük. Bu məsələ Tramp gedənə qədər öz həllini tapmadı. Tramp getsə belə, yenə də prosses davam edir.

Nəticədə, həmin vaxt müəyyən balans qurulmuşdu: Tramp-Ərdoğan və Tramp-Mey-Conson arasındakı dostluq hər kəsin gözü qarşısında böyüyürdü. Tereza Mey Çinə gedir və stratejik tərəfdaşının və yeni dünya nizamının şifrələrini verirdi. İngiltərəni İngiltərə edən bütün böyük şirkətlər də bu səfərdə idilər. “İpək Yolu”nda heç bir maneə yox idi. Bu vəziyyətdə məğlub olan aşkar idi: Avropa ilə ABŞ Demokratları.

Avropanın məğlubiyyətini Liviyada görmək heç çətin deyildi. Türkiyə də məhz bu xətdə iştirak edəcəyini bildirdikdə Suriyada və Şərqi Aralıq dənizində təzyiqlərlə qarşılaşdı. Hamısı böyük nizamın əks-sədası idi.

4 illik xaosdan sonra Ağ Evdə bir dəyişiklik oldu. Tramp getdi, Bayden gəldi. Necə ki, Trampa görə Vaşinqton-London xətti önə çıxırdısa, Baydenlə də Vaşinqton-Berlin xətti gündəmə gələcək. Baydenə göndərilən təbriklərə baxanda da Almaniyanın necə xoşbəxt olduğunu anlaya bilirik. Beləliklə nizam dəyişir, İngiltərəni Almaniya əvəz edir. İşarələr bu istiqamətdədir.

ABŞ-da yeni bir səhifə açılır və Türkiyənin bu səhifənin harasında olacağı hamıya maraqlı gəlir. Hər zaman dediyim kimi, kimin gəlirsə gəlsin, Türkiyəyə həmişə böyük ehtiyac var.

Daxildə də AKP ilə MHP arasında dostluq var. Müxalifətin demək olar ki, hamısı Vaşinqton-Berlin xəttinə toplaşır. Maliyyə problemlərindən tutmuş regional problemlərə qədər eyni fikri bölüşürlər. İlk sırada kürd məsələsi var. Bu səbəbdən daxildə və xaricdə MHP bir şəkildə istənilməyən oyunçu halına gəlir.

Baydenin gəlişi ilə pərdə arxasında dayanan Almaniya irəli addımladı. Fransa onsuz da geridə qalmaq istəməyən bir rəqib idi. Makron rəhbərliyi də Türk İdealist Hərəkatının fəaliyyətlərini qadağan etməklə öz mövqeyini nümayiş etdirdi. Bu dalğa Almaniyaya da çatdı. Yaşıllar və Sol Partiya bozqurdlara qadağalar tətbiq olunması üçün ilk addımı atıblar. Şübhəsiz ki, bu, digər ölkələrdə də öz əksini tapacaq.

Türkiyə, İngiltərə və Çinlə yaxınlığını qoruyarkən, Avropa da Baydeni yanına çəkərək yola davam edir. Bütün simalara və çəkişmələrə bu baxımdan yanaşmaq faydalı olar. Çin peyvəndinə və ya “Kanal İstanbul”a qarşı çıxılmasının əsas səbəbi bu idi. ABŞAvropa Birliyi açıq şəkildə Türkiyənin qarşında idi. Bunu hər sahədə görmək mümkün idi.

Türk bayrağı altında üzən “Roseline-A” gəmisi daşıdığı humanitar yardım vasitələri ilə İstanbuldan Liviyaya hərəkət edib. Gəmi Yunan Donanması komandirinin rəhbərliyi altında aparılan İrini hərəkatındakı bir alman gəmisi tərəfindən Peloponnes yarımadasının cənub-qərbində beynəlxalq hüquq üaydalarlna zidd şəkildə dayandırılıb, axtarış aparılıb və şəxsi heyət dindirilib.

Fransa Aralıq dənizindəki türk gəmilərini bloklamağa çalışan ilk ölkə idi. İdealistlərə qadağalar tətbiq edən də ilk onlar oldu. Almaniya isə Baydenlə birlikdə sahəyə çıxıb, yol kəsirdi. Dünənə qədər ortaq dil tapmağa çalışan Merkel 10 dekabrda Türkiyəyə qarşı sanksiya tətbiq edilə biləcəyini duyurdu.

Türkiyənin dünyadakı statusu və yeri çox vacibdir. Bu səbəbdən, AKP və prezident Ərdoğan üzərində bir təzyiq yaratmağa çalışırlar. Belə də oldu. Faiz artmasına baxmayaraq, qarşı tərəf AKP və MHP-ni ayırmağa çalışacaq. Maliyyə əməliyyatları güclənəcək və daxili müxalifət səsini daha da artıracaq. ABŞ-Avropa, daha doğrusu Vaşinqton-Berlin xətti Parlament sistem üzrə təzyiq göstərəcək. İqtisadi təzyiqlə 50.1%-ni imkansız hala gətirməyə çalışacaqlar. Hər hakda MHP də AKP-ni dəstəkləməyə davam edəcək. Parlament sistemi ilə əvvəlcə Ərdoğana nəzarət etmək, sonra da onu kənarlaşdırmaq istəyəcəklər.

Qlobal səviyyədə müdhiş bir oyun oynanılır. Nəhəng bir lobbinin qarşısına isə şifrələr qoyulub. Prezident Ərdoğanın seçimləri mübarizənin ritmini təyin edəcək. Lakin AKP-MHP ilə müxalifətin istədiyi Türkiyə fərqlidir. Dövlət Baxçalı ilə Kılıçdaroğlunun birləşməsi mümkün deyil. Həmin şey Baxçalı və Davudoğluya da aiddir.

Prezident Ərdoğan bir gün əvvəl Avropanın önəmini vurğulasa da, Osman Kavala üzərindən “istədiyiniz nöqtəyə gələ bilmərik”, deyə açıq bir mesaj verdi. Qarşı tərəf imtina edib gedəsi deyil. Görək Türkiyə ilə bir məqamda razılaşacaqlar, yoxsa vəziyyət daha da gərginləşəcək?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar”  - Jurnalist sabiqlərə od püskürdü...

Bakıda gənc qadın özünü hündürmərtəbəli binadan atdı - Anbaan video

Səs yazısı yayılan Anar Cəbrayıllı danışdı: “Məni şantaj etməyə başladı ki...” - Audio

Salyanda həbs edilən vəzifəli şəxsin şirkəti üzə çıxdı

Paytaxt xəstəxanasında özbaşınalıq: Baş həkim dövlətin verdiyi dərmanları satır - Video  

İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon rəhbərləri

Moskvada etirazçılar "Matrosskaya tişina" həbsxanasına hücum ediblər

Məşhur ekstrasens Baş nazirə məktub yazdı: 11 ölkə darmadağın olacaq

Ramiz Mehdiyevin AMEA "islahatları"nın pərdəarxası məqamları..

Ən çox oxunanalar