Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qalatasaray”ın prezidenti azərbaycanlı şəhiddən danışıb

“Komandaya azarkeşlik etmək izah edilməz hissdir. Yağışda, palçıqda oyuna gələn insanlar var. Ölümünə sevgi”.

Bunu Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz deyib.

Vətən müharibəsində şəhid olan “Qalatasaray” azarkeşi Fərid Dursonov barədə fikirlərini bölüşən futbol funksioneri onun atası ilə əlaqə saxladığını söyləyib: “Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəylə danışdım, çox sevindi. Eyni hisslər məndə də oldu. “Övladım yaşasaydı, çox xoşbəxt olardı” dedi. Bu bir tutqudur, digər komandalarımız üçün də ola bilər. İnsan təkcə maddi şeylərlə yaşamaz. Bizi burada mənəvi dəyərlər, “Qalatasaray”a olan sevgimiz saxlayır. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli hissləri bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin”.

Qeyd edək ki, Fərid Dursunov vəfat etməzdən əvvəl “Şəhid olsam, məzarımda “Qalatasaray” bayrağı da olsun” vəsiyyətini etmişdi. “Qalatasaray” klubu dünən həm onun, həm də digər şəhidimiz Murad Məmmədovla bağlı sosial şəbəkədə paylaşım edib.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar