Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdakı qüvvələr nisbətini dəyişmək artıq Ağ Ev üçün də çətin olacaq

Fransanın Xarici İşlər naziri Jan İv Lö Drian açıqlama ilə çıxış edərək Dağlıq Qarabağdakı münaqişənin həllində Minsk qrupu ölkələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Onun sözlərinə görə, BMT münaqişə tərəflərinin üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını izləmək üçün Fransaya, Rusiyaya və ABŞ-a təlimat verib.

Çox maraqlıdır ki, Lö Drian xüsusi olaraq qeyd edib ki, Ermənistan onların bu öhdəliklərini qoruyub saxlamağını istəyib.

“Bütün bunlar bizim balanslı mövqe tutmağımızı tələb edir”, - deyə Lö Drian qeyd edib.

Yeri gəlmişkən, sülh razılaşması ATƏT-in Minsk qrupu olmadan, hətta mümkündür ki, onların iradəsindən kənar bağlanılıb. O zaman niyə indi onun rolu yenidən aktuallaşdırılır? Bunun kimə faydası var? Açıqlamalar İrəvandan və Parisdən, bir qədər də az aktivliklə ABŞ-dan səsləndirilir.

“Avrasiya İdeyaları Emalatxanası” Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk Media.Az-a verdiyi müsahibədə qeyd edib ki, bir çox müşahidəçi sona çatan müharibəni “İkinci Qarabağ” müharibəsi adlandırır və onların bu müharibəni niyə belə adlandırmaları aydındır:

“Bu ad avtomatik olaraq münaqişənin davamının olacağını nəzərdə tutur, ki, bunu heç istəməzdik. Bunun üçün yalnız diplomatik deyil, informasiya sahəsində də ciddi səylər göstərməli olacağıq və mən sonuncu qeyd etdiyim məqama xüsusi əhəmiyyət verərdim. Bu səbəbdən müharibənin yekunu müvəqqəti bir razılaşma ilə deyil, davamlı bir sülh sənədi ilə gələcək”.

Həmsöhbətimizin fikirlərinə görə, əsas sual bu strateji məsələ ilə kimin məşğul olmasıdır:

“Göründüyü kimi, 2x2 formatı hadisələrin regional iştirakçılarını qane edir: Ermənistan-Rusiya və Türkiyə-Azərbaycan. Buna rəğmən heç də hamı ATƏT-in Minsk qrupu formatını siyahıdan silib atmaqda maraqlı deyil.

Aydındır ki, ATƏT-in Minsk qrupu nəinki müharibənin qarşısını almayıb, hərçənd statusuna görə bunu etməyə borclu idi, əksinə 2016 və 2020-ci ilin qurbanlarına görə cavabdehlik daşıyır. Eyni zamanda, Ermənistan-Rusiya cütlüyü ATƏT-in Minsk Qrupu ilə işini davam etdirməyə hazırdır, formatında köklü bir dəyişiklik elan etməyən BMT-dən isə heç danışmağa dəyməz”.

“Oxucularınıza xatırlatmaq istərdim ki, mən ilk ekspertlərdənəm ki, 27 sentyabrdan xeyli əvvəl deyirdim ki, ATƏT-in Minsk qrupu özünü tükədib və onun üzərinə qoyulan funksiyaları yerinə yetirə bilmir. İndi bu adi bir hala gəlib və Minsk qrupunun həmsədrləri bu fikrə qulaq asmaq məcburiyyətində qalıblar. ABŞ-ın Ağ Evdəki dəyişikliklə əlaqədar hələ səsləndirmədiyi fikrini də nəzərə almaq lazımdır. Bu fikir hadisələrin birbaşa iştirakçılarının düşüncələrinə zidd ola bilər”, - deyə Q.Trofimçuk qeyd edib.

Eyni zamanda, ekspertin fikrincə, Qarabağdakı qüvvələr nisbətini dəyişmək artıq Ağ Ev üçün də çətin olacaq. Çünki reallığı geri qaytarmaq çətindir. Həmçinin nəzərə almaq lazımdır ki, ABŞ, Fransa kimi Qərb ölkələrinin “Qarabağın suverenliyini” - daha doğrusu, hələ də rəsmi olaraq Rusiya ilə Ermənistanın nəzarəti altında olan əraziləri tanımaq üçün ehtiyat gedişi qalır.

NATO-nun da mövqeyi tam aydın deyil. Baş verənləri çox yaxından izləyən İranı daha da sıxışdırmaq prosesində bu təşkilatın iştirakını nəzərdə tuturam. Belə bir tənliyin fonunda, Bakının ATƏT-in Minsk Qrupuna münasibəti də daxil olmaqla, vaxtı qabaqlamaq şansı var. Ancaq bunun üçün dediyim kimi fəaliyyətin əsas sahəsi informasiya siyasətidir. Üstəlik, Prezident İlham Əliyevin özünün də ifadə etdiyi kimi kampaniyanın hərbi mərhələsi bitib”, - deyə Q.Trofimçuk fikrini tamamlayıb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar