Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fəxrəddin Qoca: "Türkiyədə bu gün koronavirusdan ölənlərin sayı 168 nəfər olub"

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 168 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca nazirliyin nəzdində COVID-19-la mübarizə tədbirləri üçün yaradılan Elm Qrumunun növbəti toplantısından sonra keçirilən mətbuat konfransında son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 164 547 şübhəli koronavirus testindən keçib, onlardan 6814-nin cavabı pozitiv çıxıb, 3911 xəstə isə sağalaraq evə buraxılıb.

Nazir son 3,5 ayda ağır xəstə sayının 9 dəfə artdığını bildirib: “Ağır xəstə sayımız 4641 nəfər olub. Vəziyyət son dərəcə gərgindir. Ölüm sayı da bu gün ən yüksək rəqəmdir. Türkiyədə indiyədək 467 730 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 12 840 nəfər ölüb”.

Nazir deyib ki, ölkədə pandemiya yeni mövsümdə sürətlə artdığı üçün Türkiyədə COVID-19 testi kütləvi hal alacaq: “Bir gündə 200 mindən çox insan testdən keçirilməsi nəzərdə tutulub”.

F.Qoca yeni növ koronavirusla əlaqədar gündəlik baş verən hadisələrin də bu gündən statistikasınnı açıqlanacağını deyib: “Son 24 saatda 28 min 351 hadisə baş verib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar