Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Fransa Senatının cavabını hansı müstəvidə verməlidir?

Politoloq: “Senatın bu sənədi digər parlamentlər üçün prsedent ola bilər. Belçika, Hollandiya da belə bir sənəd barədə parlamentdə müzakirələr gedir”

“Bunun səbəbləri araşdırılmalıdır. Azərbaycanın Avropadakı diplomatik korpusu yenilənməlidir. Daha peşəkar diplomatları işə qoşaraq digər Avropa ölkələrinin parlamentləri, siyasi partiyaları ilə qarşlılıqlı formada əməkdaşlıq çərçivəsi formalaşdırmalıyıq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Fransa Senatının Qarabağla bağlı qərarına Azərbaycanın verə biləcəyi cavabları PİA.az-a şərh edərkən qeyd edib.

Gözləntilərə uyğun olaraq Fransa senatı dünən “Dağlıq Qarabağın müstəqilliyini” birtərəfli qaydada tanıdı. Bu qətnamə Fransa höküməti üçün tövsiyyə xarakterli olsa da, siyasi mahiyyət daşıyır. Bilirik Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını həmişə qırmızı xətt olaraq dəyərləndirib.

Bu addımın digər ölkələr tərəfindən təkrarlanmaması üçün Fransaya qarşı Azərbaycan hansı addımları təsirli atmalıdır? Azərbaycanın Fransa ilə siyasi-iqtisadi və diplomatik münasibətlərinin ən aşağı səviyəyə endirilməsini gözləmək olar?

Mövzu ilə bağlı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Məhəmməd Əsədullazadə: “Fransa açıq şəkildə dünyada qəbul edilən vahid standartları pozur. Ölkələrin suverenliyi, ərazi bütövlüyü dəyişməzdir”.

Artıq bunun siyasi problem olduğunu və aradan qaldırılması üçün Azərbaycanın Fransa ilə təmasları artırmalı olduğunu düşünən politoloq əlavə edib ki, hökumət bu sənədi tanımamalıdır. Kağız parçası deyib keçmək yanlışlıqdır:

“Fransa Senatının Qarabağın müstəqilliyin tanınması üçün tövsiyə xarakterli sənədi siyasi olaraq beynəlxalq hüquqa ziddir. İlk növbədə Senat Fransanın BMT Təhlükəsizlik Şurasında səs verdiyi Qarabağla bağlı qətnaməyə qarşı çıxır. Həmçinin Minsk qrupunun həmsədri olaraq ciddi şəkildə strateji səhvə yol verdi.

Hesab edirəm ki, Senatın bu sənədi digər parlamentlər üçün prsedent ola bilər. Belçika, Hollandiya da belə bir sənəd barədə parlamentdə müzakirələr gedir. Əgər, Fransa hökuməti bu sənədi qəbul edərsə, Azərbaycan Fransaya kəskin etirazıni bildirməlidir. İlk növbədə bu ölkədən səfirin geri çağrılmakı və şirkətlərini ölkəmizdən çıxarmalıyıq. Enerji sahəsində Fransa şirkəti Total Azərbaycanda müəyyən paya sahibdir. Digər Fransa şirkətləri burada fəaliyyət göstərir. Biz bu addımları atarsaq, Parisin regionda mövqeyi əhəmiyyətli dərəcədə zəfləyə bilər.

Məhəmməd Əsədullazadə: “Bu qətnamənin qəbulu həmçinin onu da sübut elədi ki, Fransada diasporumuzun lobbiçilik fəliyyəti zəif və öz şəxsi maraqlarını təmin edənlərdən ibarət imiş”.

Fransa açıq şəkildə dünyada qəbul edilən vahid standartları pozur. Ölkələrin suverenliyi, ərazi bütövlüyü dəyişməzdir. Fransa öz maraqları çərçivəsində bu hüququ pozur. Senatın bu qərarı birbaşa Makronun siyasətinin nəticəsidir. Artıq bu siyasi problemdi və bunun aradan qaldırılması üçün Azərbaycan Fransa ilə təmasları artırmalıdır. Hökumət bu sənədi tanımamalıdır. Kağız parçası deyib keçmək yanlışlıqdır.

Bu qətnamənin qəbulu həmçinin onu da sübut elədi ki, Fransada diasporumuzun lobbiçilik fəliyyəti zəif və öz şəxsi maraqlarını təmin edənlərdən ibarət imiş. Eyni zamanda diplomatik korpusumuz haqqında da bunu deməliyik ki, onların Fransada fəaliyyəti heç hiss olunmadı.

Beynəlxalq münasibətlər sistemində Paris bu addımı ilə beynəlxalq hüquqa yeni zərbə vursa da, biz də bu baş verənlərdən dərs çıxartmalıyıq. Fransa birtərəfli şəkildə öz siyasətini niyə məhz erməni lobbisi üzərində qurdu. Bunun səbəbləri araşdırılmalıdır. Azərbaycanın Avropadakı diplomatik korpusu yenilənməlidir. Daha peşəkar diplomatları işə qoşaraq digər Avropa ölkələrinin parlamentləri, siyasi partiyaları ilə qarşlılıqlı formada əməkdaşlıq çərçivəsi formalaşdırmalıyıq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Senat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar