Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Nağıyevin Şuşa səfərinin bəzi kiçik detalları

DTX-nin bu gün yaydığı məlumata görə, xidmətin rəisi Əli Nağıyev Şuşa şəhərinə səfər edib. Səfər Prezident İlham Əliyevin tapşırığı ilə baş tutub. Noyabrın 19-20-də baş tutan səfərdə məqsəd işğaldan azad edilmiş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilmək və şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili olub.

Müşahidəçilərin fikrincə, bu qədər mühüm vəzifənin DTX rəisinə tapşırılması təsadüfi deyil. Əli Nağıyev I Qarabağ savaşında iştirak edən azsaylı dövlət adamlarımızdan olmaqla yanaşı, əməliyyatqurma təcrübəsi yüksək generallarımızdandır. Xüsusilə Şuşa şəhəri onun üçün yad deyil. Vaxtilə bu şəhərin xilas edilməsi uğrunda gedən Daşaltı əməliyyatında Əli Nağıyevin də iştirak etdiyi bildirilir. Keçmiş təcrübəsi ona coğrafiyanın strateji əhəmiyyətli nöqtələri barədə müfəssəl bilgi toplamağa və şəraitə uyğun müdafiə strategiyası qurmağa imkan verir.

Sirr deyil ki, Ordumuz tərəfindən əlbəyaxa döyüş nəticəsində böyük qəhrəmanlıqla düşməndən təmizlənən Şuşa şəhərindəki mövcud vəziyyət kifayət qədər həssasdır. Ən ciddi problemlərdən biri Dağlıq Qarabağda ermənilərin məskunlaşdığı bölgələrə gedən yeganə yolun bu şəhərdən keçməsidir. Azərbaycan, RusiyaErmənistan liderlərinin üçtərəfli görüşdə imzaladıqları bəyanata əsasən, alternativ Laçın dəhlizi inşa olunanadək Ermənistandan Xankəndinə gedən maşınlar məcburən Şuşa yolundan istifadə edəcəklər. Alternativ yolun çəkilməsi isə 3 il sürə bilər. Razılaşmaya görə, Rusiya “sülhməramlıları” bu müddət ərzində Şuşanın kənarında post qurub maşınların gediş-gəlişini nəzarətdə saxlamalıdır. Bu da istər-istəməz Şuşanın müdafiəsində həssas nöqtələr yaranmasına gətirib çıxarır. Ordumuz Şuşada işğaldan azad olunmuş digər bölgələrdən daha diqqətli dayanmalı, təhlükəsizlik qüvvələri və ordu arasında mühüm koordinasiya işlərinin qurulması təmin olunmalıdır.

Üstəlik, rus və erməni sulahlı qüvvələrinə olduqca yaxın məsafədə yerləşən hərbi bölmələrimiz arasında bu irtibat tam məxfi xarakter daşımalıdır. Cinahların bu qədər yaxın olduğu yerlərdə informasiyanın təhlükəsizliyini təmin etmək isə o qədər də sadə və asan deyil.

Digər tərəfdən, yaxın günlərdə qardaş Türkiyə hərbçiləri də Azərbaycana göndəriləcək və onlar təmas xəttində əsgərlərimizlə yanaşı dayanacaqlar. Qarşılarında isə rus, onların ardında ermənilər olacaq. Sözsüz ki, erməni təxribatçılarının bu həssas dislokasiya şəraitində gözlənilməz təxribatlara əl atmaq ehtimalı var. Bu isə təkcə təmas xəttində insidentə yol açmaqla qalmaz, qlobal gərginliyə çevrilə bilər. Belə həssas məqamlarda Azərbaycan Silahlı Qüvvələri hər cür ssenariyə hazır olmalı, ciddi insidentlərin qarşısını zamanında almalıdır. Görünən budur ki, Azərbaycan hakimiyyəti bu məsuliyyətli işi başqa qurumlara yox, məhz DTX-ya həvalə edib.

Maraqlıdır ki, DTX rəhbəri mahiyyət etibarilə xeyli ciddi səfərinə öz doğma övladı İlham Nağıyevlə gedib. Bu da onun Şuşanın müdafiəsinə hətta ailə fərdlərini də cəlb etməsi anlamına gəlir və məsələyə nə dərəcədə önəm verdiyini göstərir. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar