Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyan Zəngəzuru Əliyevə verəcək” – Ermənistanın keçmiş naziri

Ermənistanın keçmiş Ədliyyə naziri Arpine Ohannisyan Zod qızıl mədəni ilə bağlı baş verənlərə görə Nikol Paşinyanı sərt tənqid edib.

Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, Ohannisyan Zod qızıl mədəninin yarısının Azərbaycana verilməsi ilə Ermənistanın dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısının qanuniliyinin şübhə altına alındğını bildirib.
“Ali şər (Paşinyanı nəzərdə tutur - red)” Zod qızıl mədəninin yarısını hüquqi şəkildə Azərbaycana verməklə Ermənistan dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısının qanuniliyini şübhə altına alıb.

Siz Əliyevin bizdən təzminat olaraq tələb etdiyi 50 milyard dolları necə hesabladığını düşünmüsünüzmü?

Dünən Müdafiə Nazirliyinin də təsdiqlədiyi kimi bu mədənin yarısı Azərbaycana məxsusdursa, o zaman bu cahilin (Paşinyanı nəzərdə tutur-red) buna qədər həmin mədəndəki istehsal prosesinin qanunsuz olduğuna imza atması deməkdir”, - deyə keçmiş nazir vurğulayıb.

Ohannisyan qeyd edib ki, Zod mədəninin istismarından dövlət büdcəsinə ödənilən vergilərin ən azı yarısı qanunsuz gəlirdən əldə edilən vergi hesab edilə bilər.

“Əliyev illər ərzində bu mədənin istismarından Ermənistanın dövlət büdcəsinə ödənilən pulları geri tələb edəndə təəcüblənməyin.

Nəzərinizə çatdırım ki, bu vergilər maaşlar, təqaüdlər, müavinətlər və digər sosial xərclər üçün istifadə edilib”, - deyə Ohannisyan əlavə edib.

Keçmiş nazir sonda deyib ki, Paşinyan Azərbaycana qaytarılacaq pulları əhalidən yığacaq: “Düşünməyin ki, “xilaskar” bu pulları arvadının fondundan ödəyəcək, o bunu sizdən tələb edəcək. Ya da bunun əvəzinə Zəngəzuru Əliyevə verəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar