Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Avropanın narahatlığı və Qarabağdakı ziddiyyətli rus-türk planları..

ABŞ və Fransa Qarabağ məsələsində geri planda qalmağı həzm edə bilmir və Türkiyənin oradakı mövqeyindən narahat olurlar. Bölgədə təsirli olmaq üçün ciddi təşəbbüslər edirlər...

Armağan Kuloğlu
“Yeniçağ” qəzeti, Türkiyə, 27 noyabr 2020-ci il

Türkiyənin Avropa siyasətindəki ritorikasını dəyişdirməsi ilə Avropanın mövqeyi arasında olduqca ziddiyyət var. Üstəlik, Türkiyənin Qarabağdakı gözləntiləri ilə Rusiyanın açıqlamaları arasında bəzi fikir ayrılıqları önə çıxır.

Avropa ilə uyğunsuzluq

Yaxınlaşan zirvə görüşündən əvvəl AB-nin verdiyi açıqlamalardan görünür ki, Türkiyənin beynəlxalq hüquqa əsaslanan hüquq və mənafelərini görməzlikdən gələrək onu sıxışdırmaq istəyirlər.

Açıqlamalar xüsusilə AB Yüksək Nümayəndəsindən, Almaniyadan və Fransadan gəlib, həmçinin toplantının ana gündəmində Türkiyənin olacağı anlaşılıb.

AB Yüksək Nümayəndəsi Borrel açıqlamasında Türkiyənin öz yanaşmasını dəyişdirməli olduğunu, zamanın tükəndiyini, münasibətlərdə dönüş nöqtəsinə gəldiyini bildirib. Bundan əlavə, zirvədən çıxacaq qərarın Türkiyənin mövqeyindən asılı olduğunu və Şərqi Aralıq dənizində hələ müsbət bir addım atmadığını qeyd edib.

Fransa prezidenti Makron da Dağlıq Qarabağla bağlı narahatlığını dilə gətirib və atəşkəsdə iştirak edə bilməyəcəyindən, həmçinin Minsk qrupuna təyinat verilmədiyindən şikayətlənib. Xarici İşlər Naziri isə Türkiyənin Şərqi Aralıq dənizi və Liviyadakı gərginliyi azaltmaq üçün addımlar atmasını və bunu sözlə deyil, hərəkətlə edilməli olduğunu ifadə edib. Türkiyə siyasətlərinin genişlənmə siyasəti olduğunu, Yunanıstan və Kipr-Yunan Respublikasının mövqeyinin isə təcavüzkar olduğunu qeyd edib. Bölgədə Türkiyənin aktiv rol oynamasından narahat olduqları anlaşılır.

Almaniya kansleri Angela Merkel zirvə toplantısında Türkiyənin Şərqi Aralıq dənizindəki mövqeyinə görə işlərin yaxşı getmədiyini xatırladıb, xarici işlər naziri Maas isə Türkiyəni Şərqi Aralıq dənizində təxribatla günahlandırıb, Prezidentin Kiprə etdiyi səfəri təxribat adlandırıb və Türkiyə müsbət bir addım atmayacağı təqdirdə sanksiyaların gündəmə gələcəyini söyləyib. Fransa xarici işlər naziri ilə birgə Türkiyənin “nə edəcəyi bəlli olmayan” bir ölkə olduğunu iddia edərək Türkiyəyə qarşı ortaq hərəkət etmək barədə çağırış edib və ABŞ-ı da buna dəvət edib. Türkiyəyə silah embarqosu tətbiq edilməsi üçün parlamentə təklif belə göndərilib.

Zirvədən əvvəl Türkiyəni günahkar kimi göstərərək sanksiyalar tətbiq etmək, hətta İrini məsələsini bəhanə edərək alman gəmisi ilə türk yük gəmisinə qarşı pirat kimi davranıb zirvədə istifadə etmək üçün orada Türkiyə əleyhinə dəlil tapmaq və ölkəni tələyə salmaq kimi ağır cəhdlər belə ediblər.

Göründüyü kimi, Türkiyənin beynəlxalq hüquq çərçivəsindəki milli hüquq və mənafelərinə xələl gətirmək istəyirlər. Bunun üçün də Türkiyəni təhdid edirlər. Prezidentin: “Özümüzü başqa yerlərdə deyil, Avropada görürük. Gələcəyimizi Avropa ilə qurmağı düşünürük”, deməsi və prezident müşavirinin Avropadakı əlaqələri vəziyyəti düzəltmək üçün yetərli olmayacaq.

Türkiyədən Şərqi Aralıq dənizi, Kipr, Liviya, Suriya və Qarabağ siyasətlərindən imtina etməsini gözləyirlər. Yalnız belə bir tətbiqetmənin onları qane edəcəyi başa düşülür. Bu qətiyyən mümkün deyil. Türkiyə heç bir şəkildə hüquq və mənafelərindən, təhlükəsizlik və suverenliyindən güzəştə gedə bilməz. Geosiyasi əhəmiyyəti səbəbindən nə Avropa, nə də ABŞ Türkiyədən imtina edə bilər. Bu səbəbdən də, dialoqlar kəsilməməli, siyasətin həyata keçirilməsi diplomatik addımlarla davam etdirilməli və mütləq şəkildə geri addım atılmamalıdır.

Qarabağda fəaliyyət axtarışları

ABŞ və Fransa Qarabağ məsələsində geri planda qalmağı həzm edə bilmir və Türkiyənin oradakı mövqeyindən narahat olurlar. Bölgədə təsirli olmaq üçün ciddi təşəbbüslər edirlər.

Bölgədə Türkiyənin də Rusiya ilə tam ortaqlıq etdiyini deyə bilmərik. Atəşkəsə nəzarət etmək və müşahidə nöqtələrinin yeri və fəaliyyətləri ilə bağlı müzakirələr də fərqli şəkildədədir. Türkiyə və Rusiyanın Suriya, Liviya, Azərbaycan / Dağlıq Qarabağ, Krım, Şərqi Aralıq dənizi və Kipr məsələlərində zidiyyətləri var. Bununla birlikdə, hər iki ölkə münasibətlərini dialoq şəklində davam etdirir. Bu vəziyyət təsirli və uyğun bir diplomatiyanın nəticəsidir və ABŞ, AB, digər Avropa ölkələri, Şərqi Aralıq dənizindəki və digər ölkələrlə və Türkiyəyə qarşı olan digər ölkələrlə münasibətlərə yaxşı bir nümunə ola bilərlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Cahangir Əsgərova məxsus şirkətlərin siyahısı

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

Siyavuş Novruzov Əli Həsənovu və Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırdı

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Ən çox oxunanalar