Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Dünən axşamdan Nikol Paşinyan iki dəfə Putinlə danışanda və gecənin yarısı bu danışıqları fəxrlə öz Feysbuk səhifəsində yayanda hiss olundu ki, bizim əleyhimizə, ermənilərin xeyrinə işlər görülür. Paşinyan elə-belə sevinməzdi. 10 noyabr Bəyanatına hər cür əl gəzdirən Rusiya, mandatından kənara çıxaraq idarəetmə məsələlərinə əl qoyub. Müharibə dayanandan Xankəndi və ətrafında Azərbaycanın yoxluğu hər gün aydın görünür. İndi də Bəyanatın maddəsi pozulub və ermənilər Laçın rayon mərkəzindən və Zabux kəndindən çıxmayacaqlarını və buna tam təhlükəsizlik zəmanəti aldıqlarını bildirdilər.

Bir az əvvəl Armenpressin yaydığı xəbəri diqqətinizə çatdırırıq:

”Artsaxın Kaşataq (Laçın) bölgəsi, Berdzor (Laçın rayon mərkəzi), Ağavno-Sus (Zabux kəndi) icmalarında yerli sakinlərin köçürülməsi dayandırılıb. Bu yaşayış məntəqələri ermənilərin olaraq qalacaq. Bu barədə Kaşataq bölgəsi administrasiyasının rəhbəri Muşeq Alaverdyan Armenpress-ə danışıb.

“Hazırda dəqiqləşdirmədən deyə bilərəm ki, müqavilə dəyişib, biz təhlükəsizlik zəmanəti aldıq. Mənim birbaşa məsuliyyətim altında bu yaşayış məntəqələrindən köçməni dayandırdıq və yerimizdə qalırıq”.

Bu, sadəcə təbliğat xarakterli informasiya deyil, bu məsələyə Ermənistan rəsmiləri də öz mövqelərini bildirib və Laçın rayon mərkəzinin və Zabux kəndinin köçürülməsinin dayandırıldığını və Rusiya sülhməramlıların çətirinin altına keçdiyini sevinclə bildirirlər.

Laçında da evləri yandırıb köçdükləri bir zamanda bu köç nədən dayandırılıb? Dekabrın 1-də Bəyanata görə Laçın ərazisinin tam boşaldılması razılaşdırılıb və Azərbaycana təhvil verilməli idi. Bu nə deməkdir? Bunun cavabı niyə verilmir? Türkiyənin adının bəyanatda olmadığını rus və erməni tərəf noyabrın 10-dan bağıra-bağıra deyir. Elə isə Laçının tam boşaldılması bəyanatda olmasına baxmayaraq niyə əməl olunmur? Burda əlavə şərh yoxdur, burda bu işə bəraət yoxdur.

Ermənilər yenə də havadarların əli ilə çox asan şəkildə istədiklərinə nail olurlar. Belə çıxır ki, ermənilərin, daha doğrusu, rusların növbəti hədəf Hadrut, o da həll olunarsa sonra Şuşa ola bilər?

Laçın rayon mərkəzi Azərbaycanın tam nəzarətinə keçməzsə heç bir laçınlı kəndlərə köçməyəcək.

Azərbaycan bu məsələyə təcili münasibət bildirməli, erməni tərəfinin bu cür həyasız açıqlamalarına aydınlıq gətirməlidir. Cəmiyyətdə 10 dekabrdan bəri yaranmış narahatçılıq getdikcə əsaslı şəkil alır. (pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar