Bazar, 24 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq" - İcra başçısı

Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsini hələ uzun illər xatırlayacaq. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında igid, mərd, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hələ uzun müddət dillərə dastan olacaq. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, şanlı Azərbaycan Ordusunun qüdrəti, şəhidlərimizin, yaralı hərbçilərimizin qanı bahasına əldə etdiyimiz tarixi Qələbə, böyük Zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı, Azərbaycan dövlətinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. 30 ilin həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycanın dilbər guşələri olan rayonlarımız düşmən tapdağından azad edildi. Biz əminik ki, Qazaxın düşmən tapdağı altında olan yeddi kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq və digər soydaşlarımız kimi biz də öz doğma yurd-yuvamıza qayıdacağıq”.

PİA.az xəbər verir ki, bu gün bu fikirlər Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan sakinlərlə keçirilən görüşdə səslənib.

Qələbə sevincini işğal altında olan kəndlərin sakinləri ilə bir daha bölüşən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qarabağın azad olunması münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb.

İcra başçısı 10 noyabrda imzalanmış Bəyanatda da qeyd edildiyi kimi Qazaxın işğal altında olan yeddi kəndinin də mütləq azad olunacağını bildirib. Kəndlərimizin azad olunması ilə bağlı heç bir narahatlığın olmadığını, işğaldan azad olunan torpaqlarımızda olduğu kimi, Qazaxın həmin kəndlərində də yaxın bir zamanda üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib.

İcra başçısı bir daha bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyib. Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə bir daha sonsuz minnətdarlığını çatdırıb. (Yenisabah.az)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Onların həyat yoldaşları bir-biriləri ilə erməni dilində danışırlar”  - Jurnalist sabiqlərə od püskürdü...

Bakıda gənc qadın özünü hündürmərtəbəli binadan atdı - Anbaan video

Putin Navalnını azad etsə… – “Nyu-York Tayms”

“Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar

“Putin bu bahalı saraydan imtina edib…Rusiyada “Maydan” hazırlanır” –Rusiyalı politoloq

Salyanda həbs edilən vəzifəli şəxsin şirkəti üzə çıxdı

Moskvada etirazçılar "Matrosskaya tişina" həbsxanasına hücum ediblər

İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon rəhbərləri

Paytaxt xəstəxanasında özbaşınalıq: Baş həkim dövlətin verdiyi dərmanları satır - Video  

Ən çox oxunanalar