Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hər şeyi məhv ediblər" - Fred Asifin qardaşı Ağdama gedib

“Mənim şərəfim, ləyaqətim özümə qayıtdı. Ağdamda yaşamaq mənim üçün böyük bir ucalıqdır. İndi Ağdamsız deyiləm, Ağdamlıyam. Ora dizin-dizin gedəcəyimə and içmişdim. Getdim, məscidimizə baxdıq, oraları gəzdik. Heç nə salamat qalmayıb, hər şeyi məhv ediblər. O torpaqlara o qədər tamarzı qalmışdıq ki. Çox təəssüf ki, doğma “Şelli” postumuza gedə bilmədik. Çünki ermənilər bir çox yerləri minalayıblar, hələ oralar təmizlənməlidir”

PİA.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman, Fred Asif ləqəbi ilə tanınan Asif Məhərrəmovun qardaşı, Qarabağ qazisi Ədalət Məhərrəmov deyib. O doğma diyarı Ağdamdan yeni qayıtdığını bildirib. Ədalət Məhərrəmov deyir ki, məlum hadisələr baş verəndə Asif özünümüdafiə taboru yaradır və torpaqlarımızın müdafiəsinə qalxıb mərdliklə vuruşur. Müsahibimiz qardaşları Səxavət, Bəhlul və Mahirin də Asif Məhərrəmovun batalyonunda döyüşdüyünü bildirib.

Füzuliyə Ergi düzündən "Qrad" atmağa getmişdik, eşitmişdik ki, ermənilər oranı zəbt etməyə hazırlaşır. 1992-ci il mart ayı idi. Asif qrad qurğularıyla əməliyyat edirdi. Getdik Qırmızı bazarı bombalamağa. Onda dedi ki, Mustafa Çəmənli kitabında yazır ki, “Ya Rəbbim, ya Seyyid Lazım Ağanın cəddi, atdığım mərmi qocaya, uşağa dəyməsin, döyüş meydanında olan düşmənə dəysin. Mən onlarla döyüşürəm, düşmənimlə döyüşürəm” deyə qəhrəmanın qardaşı bildirib. (Moderator.az)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar