Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Zorakılıq edən polislərimiz bizi biabır edir - Makron

Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda polis tərəfindən qaradərili fransızın döyülməsini pisləyib və hökumətdən əhali arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarına etibarın artırılması üzrə təkliflər irəli sürməyi tələb edib.

“Report” xəbər verir ki, o, bununla bağlı fikirlərini özünün feysbukdakı səhifəsində yazıb.

"Mişel Seklerə hücum kadrları, hansılar ki, hamımız gördük - qəbuledilməzdir. Onlar bizi biabır edirlər", - o feysbukda yazıb.

“Hökumətdən fransızlar və onları müdafiə edənlər arasında etimad zəncirinin mövcud olmasını təsdiqləmək və hər cür ayrı-seçkiliklə daha təsirli mübarizə aparmaq üçün dərhal təkliflər verməsini xahiş edirəm”, - o deyib.

Fransa lideri bildirib ki, hakimiyyət nifrət və irqçiliyin çiçəklənməsinə imkan verməməlidir. O, bəzi asayiş keşikçilərinin zorakılığının qəbuledilməz olduğunu deyib.

Qaradərili prodüser Seklerlə bağlı hadisə 21 noyabrda olub. O, koronavirus pandemiyası ilə əlaqədar Fransada qüvvədə olan sanitar normaları pozaraq küçədə maskasız gəzib. Polis maşınını görən kişi cərimədən qaçmaq üçün öz studiyasında gizlənməyə çalışıb. Ancaq polis əməkdaşları onu izləyiblər. Onlar binaya girərək Sekleri döyməyə və təhqir etməyə başlayıblar.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Cahangir Əsgərova məxsus şirkətlərin siyahısı

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

“Siyavuş Novruzova əli çatan, ünü yetən dostlar varsa, desin ki...”

Siyavuş Novruzov Əli Həsənovu və Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırdı

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Ən çox oxunanalar